12px13px15px17px
Tarix:22/10/12

AzTU-da yerli mobil operatorun Təcrübə və Təqaüd Proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində “Azercell Telekom” MMC Təcrübə və Təqaüd Proqramının təqdimatı olub. “ICTnews” elektron xəbər xidmətinin AzTU-ya istinadən verdiyi məlumata görə, şirkətin nümayəndələri universitetin Radiotexnika və Rabitə fakültəsinin təhsildə fərqlənən III-IV kurs tələbələrinə Təcrübə və Təqaüd Proqramı haqqında ətraflı məlumat veriblər.

Eyni zamanda nümayəndələr seçim qaydaları haqqında, proqramın mərhələləri və üstünlüklərindən  danışaraq, şirkətin bugünkü tələbələr üçün yaratdığı imkanlardan və bu imkanların onların  gələcək karyeralarını qurması üçün uğurlu yolun əsası olduğunu qeyd ediblər. Görüş zamanı təqdim olunan proqramlarla bağlı tələbələrin sualları cavablandırılıb.






CAHANGİR




Baxış sayı: 4129

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024