Tarix:22/10/12
O bildirib ki, hazırda nazirliyin rəsmi internet səhifəsində (mdi.gov.az) 2 elektron xidmət göstərilir. Onun sözlərinə görə, bunlardan biri onlayn müraciət, digəri isə xüsusi icazənin alınması ilə bağlıdır.
Hələlik xüsusi icazəni almaq üçün e-xidmətdən heç kimin istifadə etmədiyini vurğulayan V.Zeynalovun sözlərinə görə, bu xidmət növü xüsusi olduğu üçün ondan istifadə də müəyyən dövlət orqanları ilə əlaqəlidir: «Ona görə də biz xüsusi icazənin alınması ilə bağlı olan elektron xidməti EHDİS portalına əlavə etmək istəyirik ki, daha çox təşviq edək və bu xidmətin özünü doğrultduğuna əmin olaq. Yeri gəlmişkən bildirim ki, biz bu xidməti yaradarkən onun bütün komponentləri dəqiq işlənilib və ondan olduqca asan bir şəkildə istifadə etmək üçün lazım olan bütün tərəfləri işlənilib və mükəmməl bir e-xidmət ortaya qoyulub. Yəni burada hər bir nüans nəzərə alınıb».
Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu günə qədər 36 elektron imzanın alındığını vurğulayan V.Zeynalov deyib ki, e-imzalar ilkin mərhələdə nazirliyin rəhbərliyi, şöbə müdirləri, onun müavinləri və eləcə də sektor müdirləri üçün alınıb: «Nazirlikdə daxili elektron sənəd dövriyyəsi sistemi qurulduqdan sonra e-imzaların sayının artırılması da planlaşdırılır».
V.Zeynalovun sözlərinə görə, nazirlikdə daxili elektron sənəd dövriyyəsi sisteminin qurulması üçün işlər aparılır. Bu istiqamətdə müəyyən danışıqların aparıldığını və bir müddətdən sonra sistemin tam qurulacağını söyləyən V.Zeynalov qeyd edib ki, nazirlikdə bunun üçün server mərkəzi yaradılacaq: «Biz lazımi danışıqları aparmışıq. Onlar hazırda sistemin hazırlandığını bildiriblər. Hesab edirəm ki, yaxın zamanlarda daxili elektron sənəd dövriyyə sistemi Müdafiə Sənayesi Nazirliyinin işinin daha da effektli qurulmasına yardımçı olacaq, zamana qənaət edilməsinə kömək edəcək».
SEYMUR
Müdafiə Sənayesi Nazirliyi tərəfindən 36 elektron imza alınıb
Müdafiə Sənayesi Nazirliyinin əhaliyə təqdim etdiyi «İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazənin verilməsi» elektron xidməti Elektron Xidmət Portalına (EHDİS) əlavə olunacaq. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə adıçəkilən nazirliyin Aparat rəhbərinin müavini Vaqif Zeynalov məlumat verib.O bildirib ki, hazırda nazirliyin rəsmi internet səhifəsində (mdi.gov.az) 2 elektron xidmət göstərilir. Onun sözlərinə görə, bunlardan biri onlayn müraciət, digəri isə xüsusi icazənin alınması ilə bağlıdır.
Hələlik xüsusi icazəni almaq üçün e-xidmətdən heç kimin istifadə etmədiyini vurğulayan V.Zeynalovun sözlərinə görə, bu xidmət növü xüsusi olduğu üçün ondan istifadə də müəyyən dövlət orqanları ilə əlaqəlidir: «Ona görə də biz xüsusi icazənin alınması ilə bağlı olan elektron xidməti EHDİS portalına əlavə etmək istəyirik ki, daha çox təşviq edək və bu xidmətin özünü doğrultduğuna əmin olaq. Yeri gəlmişkən bildirim ki, biz bu xidməti yaradarkən onun bütün komponentləri dəqiq işlənilib və ondan olduqca asan bir şəkildə istifadə etmək üçün lazım olan bütün tərəfləri işlənilib və mükəmməl bir e-xidmət ortaya qoyulub. Yəni burada hər bir nüans nəzərə alınıb».
Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu günə qədər 36 elektron imzanın alındığını vurğulayan V.Zeynalov deyib ki, e-imzalar ilkin mərhələdə nazirliyin rəhbərliyi, şöbə müdirləri, onun müavinləri və eləcə də sektor müdirləri üçün alınıb: «Nazirlikdə daxili elektron sənəd dövriyyəsi sistemi qurulduqdan sonra e-imzaların sayının artırılması da planlaşdırılır».
V.Zeynalovun sözlərinə görə, nazirlikdə daxili elektron sənəd dövriyyəsi sisteminin qurulması üçün işlər aparılır. Bu istiqamətdə müəyyən danışıqların aparıldığını və bir müddətdən sonra sistemin tam qurulacağını söyləyən V.Zeynalov qeyd edib ki, nazirlikdə bunun üçün server mərkəzi yaradılacaq: «Biz lazımi danışıqları aparmışıq. Onlar hazırda sistemin hazırlandığını bildiriblər. Hesab edirəm ki, yaxın zamanlarda daxili elektron sənəd dövriyyə sistemi Müdafiə Sənayesi Nazirliyinin işinin daha da effektli qurulmasına yardımçı olacaq, zamana qənaət edilməsinə kömək edəcək».
SEYMUR
Baxış sayı: 1464
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır