Tarix:23/10/12
Bu layihənin reallaşması vətəndaşın e-imza kartını öz yaşayış yerinə yaxın olan poçt şöbəsində almasına şərait yaradacaq. Hal-hazırda “E-ərizə ilə müraciət” elektron xidməti vasitəsilə sifariş edilmiş kartlar ancaq MHM-in binasındakı Qeydiyyat Mərkəzində verilir.
Qeyd edək ki, MHM mütəxəssisləri tərəfindən hazırlanmış “E-ərizə ilə müraciət” elektron xidməti prosesi sadələşdirməklə, elektron imza sertifikatı əldə edilməsi üçün tələb edilən vaxtı da minimallaşdırıb. Belə ki, yeni xidmət istifadəyə verilməzdən əvvəl birbaşa Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazım olurdu.
Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf edilirdi. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alır.
HƏQİQƏT
“E-ərizə ilə müraciət” xidmətindən istifadə edərək e-imza kartı sifariş edənlərə kartların bölgələrdə çatdırılması layihəsi üzərində işlər aparılır
“E-ərizə ilə müraciət” (http://e-imza.az/) xidmətindən istifadə edərək qeydiyyatdan keçən ilk 1000 nəfər vətəndaşa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən pulsuz e-imza kartlarının verilməsi aksiyası başa çatıb. Hazırda bu xidmət vasitəsilə “e-imza” kartı sifariş etmiş vətəndaşlara kartların respublikanı əhatə edən bütün Qeydiyyat mərkəzlərində verilməsi layihəsi üzərində işlər aparılır.Bu layihənin reallaşması vətəndaşın e-imza kartını öz yaşayış yerinə yaxın olan poçt şöbəsində almasına şərait yaradacaq. Hal-hazırda “E-ərizə ilə müraciət” elektron xidməti vasitəsilə sifariş edilmiş kartlar ancaq MHM-in binasındakı Qeydiyyat Mərkəzində verilir.
Qeyd edək ki, MHM mütəxəssisləri tərəfindən hazırlanmış “E-ərizə ilə müraciət” elektron xidməti prosesi sadələşdirməklə, elektron imza sertifikatı əldə edilməsi üçün tələb edilən vaxtı da minimallaşdırıb. Belə ki, yeni xidmət istifadəyə verilməzdən əvvəl birbaşa Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazım olurdu.
Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf edilirdi. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alır.
HƏQİQƏT
Baxış sayı: 1666
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı