Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyinə həsr olunmuş müsabiqə elan edir. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
İKT üzrə ən yaxşı kitab
İKT üzrə ən yaxşı elmi məqalə
Ən yaxşı elektron dövlət xidməti
Müsabiqədə iştirak etmək üçün “www.aztelekom.org/iktmusabiqe” saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş nominantlar nominasiyalar üzrə işlərini yuxarıda qeyd olunan sayt vasitəsi ilə təqdim edir. Eyni zamanda, materiallar kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.
Müsabiqə iki mərhələdə keçirilir.
I mərhələdə nominantlara səsvermə “www.aztelekom.org/iktmusabiqe” saytından onlayn həyata keçirilir.
II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (onlayn səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.
Materialların təqdimi 22.10.2012-ci il tarixindən 22.11.2012-ci il tarixinə kimi aparılacaqdır.
I mərhələ üzrə onlayn səsvermə 22.10.2012-ci il tarixindən 25.11.2012-ci il tarixinə kimi davam edəcəkdir.
Nominasiyalar üzrə qaliblər 30.11.2012-ci il tarixində müəyyən olunacaqdır.
Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Əlavə məlumat üçün telefon nömrəsi – (012) 598-19-88.
Müsabiqənin gedişi haqqında ətraflı məlumatla “www.aztelekom.org/iktmusabiqe” saytında tanış ola bilərsiniz.
Baxış sayı: 2751
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı