12px13px15px17px
Tarix:24/10/12

Qurban Bayramında “Hesab.az” hər istifadəçiyə ikiqat bonus ödəyəcək

Qurban Bayramı günlərində «Hesab.az» onlayn ödəmələr portalında hər istifadəçiyə ikiqat bonus ödəniləcək. Aksiya 25-28 oktyabr tarixlərini əhatə edir və bütün qeydiyyatdan keçən istifadəçilərin ödəmələrinə şamil olunur.

Hal-hazırda portalın xidmətlərindən geniş istifadə edən müştərilər hər 1 AZN məbləğində apardıqları əməliyyat üzrə 100 bonus xalı qazanırlar. Qurban Bayramı aksiyası zamanı isə onlar 100 bonus xalı əvəzinə 200 qazana biləcəklər. Qeyd edək ki, “Unibank” və “ALBALI” taksit-kartları üzrə aparılan ödəmələr zamanı bu növ kart sahiblərinə müvafiq olaraq 3 qat və 5 qat bonus xalları təqdim olunur.

«GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan «Hesab.az» portalı istənilən mobil operatorların, stasionar rabitə, əksər internet-provayderlərin, bütün kabel TV-şəbəkələrin, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus kartlar vasitəsi ilə ödəmək imkanı verir.

Portalda qeydiyyatdan keçən istifadəçilərin sayı hal-hazırda 25 200-dür. Onlar tərəfindən il ərzində aparılan əməliyyatların sayı isə 4,5 mln. AZN-ə yaxındır. Xatırladaq ki, bu müştərilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyalarında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər. Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonları vasitəsi ilə - “m.hesab.az” mobil resursdan da ödəmək olar.

RƏVAN




Baxış sayı: 1430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024