12px13px15px17px
Tarix:29/10/12

Onlayn hesablama kalkulyatoru vasitəsilə avtomobillərin sığorta haqqını hesablamaq mümkündür

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri özlərinin onlayn hesablama kalkulyatorlarını cəmiyyətin istifadəsinə təqdim ediblər. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, hər bir şəxs müxtəlif meyarlı avtomobillərin sığorta haqqını hesablamaq üçün sözügedən kalkulyatora meyarları daxil etməklə öyrənə bilər.

Öncə bildirək ki, dünyanın hazırkı dönəmində ən çox istifadə olunan sığorta növlərindən biri məhz "Kasko" sığortasıdır ki, avtomobilləri fiziki ziyandan müdafiə edir.

Çünki təcrübə göstərir ki, ən professional sürücü belə yol qəzasına düşə bilər, bunu nəzərə aldıqda isə "Kasko"nun vacibliyi bir daha təsdiqlənir.

"Kasko" sığortası üçün müraciət edərkən şəxsin ümumi məlumatları, sığortalanmaq üçün nəzərdə tutulan avtomobilin məlumatları, daha dəqiq desək, marka və modeli, buraxılış ili, dövlət nömrə nişanı, ban nömrəsi, şassi nömrəsi, mühərrik nömrəsi, avtomobildə mövcud olan zərərlər və s. informasiyalar lazım olacaq.

Bu məlumatlarla bərabər, əlavə müxtəlif məlumatlara da sığorta şirkəti tələb qoya bilər ki, məsələn, avtomobillə baglı son üç il ərzində baş vermiş hadisələr haqqında məlumat və s. Sığorta şirkəti tərəfindən sığorta təsdiqləndikdən sonra, şirkət müxtəlif hadisələr nəticəsində avtomobilinizə dəyən zərərlərin aradan qaldırılmasına kömək edəcək. Bununla bağlı avtonəqliyyat hadisəsi zamanı təmir və bərpa xərclərini, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, üçüncü şəxsin qanunazidd hərəkəti və s. öz öhdəsinə götürəcək.

"Kasko"da adətən maksimal limit maşının dəyəri qədər olur. Hadisə baş verdiyi zaman ümumi məbləğdən nə qədərinin ödənilməsi seçilmiş franşizə görə dəyişir. Franşiz sığortaçının zərərin bir hissəsini ödəmək məsuliyyətindən azad olması mənasına gəlir, məsələn, əgər franşiz 100 AZN olaraq götürülürsə, onda ümumi məbləğdən 100 AZN çıxıldıqdan sonra yerdə qalan məbləğ tam şəkildə sığorta sahibinə ödənilir.

Belə ki, 100 AZN-dən başlayaraq xərclərə baxılır. Franşizin dəyəri nə qədər yüksəkdirsə, sığorta haqqı bir o qədər aşağı düşəcək. Sığorta haqqına gəldikdə isə bu, müxtəlif sığorta şirkətlərində müxtəlif tariflərlə sığortalanan avtomobilin qiymətindən asılı olaraq dəyişir. Təqribən 35 000-40 000 AZN məbləğində olan 2009-cu ildə buraxılmış avtomobilin sığorta haqqı və əlavə şərtləri üçün aşağıdakı cədvələ nəzər sala bilərsiniz. Siz də müxtəlif meyarlı avtomobillərin sığorta haqqını hesablamaq istəsəniz, sığorta şirkətinin onlayn hesablama kalkulyatoruna meyarları daxil etməklə öyrənə bilərsiniz.

SEYMUR




Baxış sayı: 3378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024