12px13px15px17px
Tarix:29/10/12

“Hesab.az” portalında daha bir müəssisənin ödənişlərini aparmaq imkanı yaradılıb

Azərbaycanın internet ödəmə portalı “Hesab.az” xidmət dairəsini genişləndirib.“ICTnews” elektron xəbər xidmətinin ödəmə portalına istinadən verdiyi məlumata görə,  artıq istifadəçilər “AzEvroTel” MMC-nin  telefon və internet ödənişlərini “Hesab.az” vasitəsilə həyata keçirə bilərlər.

“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan «Hesab.az» portalı istənilən mobil operatorların, stasionar rabitə, əksər internet-provayderlərin, bütün kabel TV şəbəkələrinin, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus kartlar vasitəsi ilə ödəmək imkanı verir.

Hazırda portalda qeydiyyatdan keçən və şəxsi kabinet opsiyasından istifadə edənlərin sayı 26 minə yaxınlaşır. Xatırladaq ki, müştərilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyalarında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər. Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonları vasitəsilə “m.hesab.az” mobil resursdan da ödəmək olar.


 
CAHANGİR




Baxış sayı: 1526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024