Tarix:30/10/12
Ənənəvi olaraq keçirilən bu nüfuzlu konfransın məqsədi neft məlumat bankına malik olan və ya onu yaratmağı planlaşdıran ölkələr arasında təcrübə mübadiləsinin aparılması, neft-qaz sahəsində məlumat bazalarının yaradılması ilə bağlı standartların işlənilib hazırlanmasıdır.
“ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, 35 ölkədən 180 nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda ARDNŞ-in korporativ məlumat bazası, informasiya texnologiyaları və rabitə departamentinin rəisi Aliyə Hüseynova şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nəzdində ODLAR korporativ məlumat bazasının yaradılması ilə bağlı ikiillik təcrübəni əks etdirən hesabatla çıxış edərək, əldə olunan uğurlar, ilkin mərhələdə qarşıya çıxan çətinliklərin dəf olunması və gələcək planlar haqqında geniş məlumat verib. Konfrans iştirakçıları Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi hesabatı mütərəqqi hesabatlardan biri kimi qiymətləndirib və ölkəmizdə Milli Neft Məlumat Bankının yaradılması sahəsində başlanılmış işləri təqdir ediblər.
Azərbaycanın postsovet ölkələri arasında Milli Neft Məlumat Bankı sahəsində təcrübəsini bölüşən ilk ölkə olduğu vurğulanıb. Konfransda həmçinin neft məlumat bankının yaradılmasına dair bir sıra işçi sənədlər və standartlar qəbul edilib.
Konfransın ikinci günü Azərbaycan üçün daha əlamətdar olub. Belə ki, 2014-cü ildə keçiriləcək növbəti konfransın yeri haqqında müxtəlif təkliflərin verilməsinə baxmayaraq, müzakirələr nəticəsində tədbirin Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul olunub. ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov tərəfindən növbəti konfransın Bakıda keçirilməsi ilə bağlı irəli sürülmüş bir sıra təkliflər maraqla qarşılanıb. Bakıda keçiriləcək konfransda 40-45 ölkədən 200-dən çox nümayəndənin iştirakı gözlənilir. Konfransa hazırlıq işlərinin ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən aparılması qərara alınıb.
CAHANGİR
Azərbaycanda Milli Neft Məlumat Bankı yaradılır
Oktyabrın 21-dən 25-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Milli Neft Məlumat Bankları üzrə konfrans keçirilib.Ənənəvi olaraq keçirilən bu nüfuzlu konfransın məqsədi neft məlumat bankına malik olan və ya onu yaratmağı planlaşdıran ölkələr arasında təcrübə mübadiləsinin aparılması, neft-qaz sahəsində məlumat bazalarının yaradılması ilə bağlı standartların işlənilib hazırlanmasıdır.
“ICTnews” elektron xəbər xidmətinin ARDNŞ-ə istinadən verdiyi məlumata görə, 35 ölkədən 180 nümayəndənin iştirak etdiyi konfransda ölkəmizi şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransda ARDNŞ-in korporativ məlumat bazası, informasiya texnologiyaları və rabitə departamentinin rəisi Aliyə Hüseynova şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nəzdində ODLAR korporativ məlumat bazasının yaradılması ilə bağlı ikiillik təcrübəni əks etdirən hesabatla çıxış edərək, əldə olunan uğurlar, ilkin mərhələdə qarşıya çıxan çətinliklərin dəf olunması və gələcək planlar haqqında geniş məlumat verib. Konfrans iştirakçıları Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi hesabatı mütərəqqi hesabatlardan biri kimi qiymətləndirib və ölkəmizdə Milli Neft Məlumat Bankının yaradılması sahəsində başlanılmış işləri təqdir ediblər.
Azərbaycanın postsovet ölkələri arasında Milli Neft Məlumat Bankı sahəsində təcrübəsini bölüşən ilk ölkə olduğu vurğulanıb. Konfransda həmçinin neft məlumat bankının yaradılmasına dair bir sıra işçi sənədlər və standartlar qəbul edilib.
Konfransın ikinci günü Azərbaycan üçün daha əlamətdar olub. Belə ki, 2014-cü ildə keçiriləcək növbəti konfransın yeri haqqında müxtəlif təkliflərin verilməsinə baxmayaraq, müzakirələr nəticəsində tədbirin Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul olunub. ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov tərəfindən növbəti konfransın Bakıda keçirilməsi ilə bağlı irəli sürülmüş bir sıra təkliflər maraqla qarşılanıb. Bakıda keçiriləcək konfransda 40-45 ölkədən 200-dən çox nümayəndənin iştirakı gözlənilir. Konfransa hazırlıq işlərinin ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən aparılması qərara alınıb.
CAHANGİR
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib