Tarix:30/10/12
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qələm “Wi-Fi” şəbəkələrinə qoşula və “Evernote” xidmətilə (yazı və fotolar məhz burada saxlanılır) inteqrasiya ola bilir. İstifadəçi “Evernote” xidmətində öz səhifəsinə daxil olaraq eskizlərə baxa və onlara aid səs qeydlərini dinləyə bilər. “Smartpen” daxili mikrofon vasitəsilə səsi yazır.
Yazı və fotoların rəqəmləşdirilməsi və saxlanılması üçün onların xüsusi kağızda hazırlanması lazımdır. Kağızın səthinə marker-nöqtələr yerləşdirilib. Qələm onlara əsaslanaraq infraqırmızı kamera vasitəsilə sterjenin yerləşdiyi məkanı təyin edir.
Qələmin öz klaviaturası yoxdur. Qapalı “Wi-Fi” şəbəkəsinə qoşulma zamanı istifadəçi sterjenin ucluğu ilə kağızda çəkilmiş “QWERTY” klaviaturanın klavişlərinə toxunaraq şifrəni yığır. Belə klaviatura “Smartpen”in tədarük dəstinə daxildir.
2 QB yaddaşa malik “Sky WiFi Smartpen”in qiyməti 170 dollar, 4 QB yaddaşa malik modelin qiyməti 200 dollar təşkil edir.
Qeyd edək ki, “Livescribe” bundan əvvəl də yazı və fotoların rəqəmləşdirilməsi funksiyası ilə təchiz edilmiş qələmlər istehsal edib, lakin onlarda simsiz şəbəkələrə qoşulmaq üçün modul mövcud olmayıb. Qələmin saxladığı yazı, foto və səs qeydlərinə baxmaq üçün, istifadəçi qurğunu “USB” kabellə kompüterə qoşmalı idi.
EMİL
Diyircəkli qələm vasitəsilə “Wi-Fi” şəbəkəsinə qoşulmaq mümkündür (VİDEO)
“Livescribe” şirkəti “Sky WiFi Smartpen” diyircəkli qələmini təqdim edib. Qələm istifadəçinin kağızda yazdığını və çəkdiyini qeydə alır, sonra eskizləri rəqəmli formata keçirir və simsiz şəbəkə vasitəsilə "bulud"a göndərir.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qələm “Wi-Fi” şəbəkələrinə qoşula və “Evernote” xidmətilə (yazı və fotolar məhz burada saxlanılır) inteqrasiya ola bilir. İstifadəçi “Evernote” xidmətində öz səhifəsinə daxil olaraq eskizlərə baxa və onlara aid səs qeydlərini dinləyə bilər. “Smartpen” daxili mikrofon vasitəsilə səsi yazır.
Yazı və fotoların rəqəmləşdirilməsi və saxlanılması üçün onların xüsusi kağızda hazırlanması lazımdır. Kağızın səthinə marker-nöqtələr yerləşdirilib. Qələm onlara əsaslanaraq infraqırmızı kamera vasitəsilə sterjenin yerləşdiyi məkanı təyin edir.
Qələmin öz klaviaturası yoxdur. Qapalı “Wi-Fi” şəbəkəsinə qoşulma zamanı istifadəçi sterjenin ucluğu ilə kağızda çəkilmiş “QWERTY” klaviaturanın klavişlərinə toxunaraq şifrəni yığır. Belə klaviatura “Smartpen”in tədarük dəstinə daxildir.
2 QB yaddaşa malik “Sky WiFi Smartpen”in qiyməti 170 dollar, 4 QB yaddaşa malik modelin qiyməti 200 dollar təşkil edir.
Qeyd edək ki, “Livescribe” bundan əvvəl də yazı və fotoların rəqəmləşdirilməsi funksiyası ilə təchiz edilmiş qələmlər istehsal edib, lakin onlarda simsiz şəbəkələrə qoşulmaq üçün modul mövcud olmayıb. Qələmin saxladığı yazı, foto və səs qeydlərinə baxmaq üçün, istifadəçi qurğunu “USB” kabellə kompüterə qoşmalı idi.
EMİL
Baxış sayı: 1602
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib