12px13px15px17px
Tarix:01/11/12

Qeydiyyatdan keçən domenlərin sayı 4500-ü ötüb

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

"İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında ilin əvvəlindən qeydiyyata düşən domenlərin sayı 4500-ü ötüb.

Domenlərin böyük əksəriyyəti ".az" (14296) domeninin payına düşür. Həmçinin 651 ədəd ".com.az" domeni qeydiyyatdan keçib.








Sonrakı yerlər aşağıdakı kimidir:
  1. .pro.az           4
  2. .name.az          6
  3. .biz.az           14
  4. .info.az         23
  5. .co.az            37
  6. .pp.az            42
  7. .int.az            44
  8. .net.az           55
  9. .org.az           87
  10. .edu.az         152
 
".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
EMİL




Baxış sayı: 1454

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024