12px13px15px17px
Tarix:01/11/12

RİTN-də 9 ayın yekunlarına dair kollegiya iclası keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışmış, ölkə başçısının sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirmiş, həmçinin, İKT sahəsində uğurla həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açmışdır.

Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, yola saldığımız 2012-ci ilin III rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulamışdır.
Kollegiya iclasında cari ilin III rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər  və əldə olunan nəticələr barədə məruzə dinlənilmişdir.  

Kollegiya iclasında cari ilin 9 ayı  ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər  və əldə olunan nəticələr barədə məruzə dinlənilmişdir. Çıxış edən məruzəçi bildirmişdir ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,2% artaraq 1068,3 milyon təşkil etmiş, ötən illə müqayisədə artım tempi İKT sektorunda 17,8%, o cümlədən telekommunikasiya sektorunda 19,2%, İT sektorunda 3,8%, poçt sektorunda 14,2, informasiya sektorunda isə 42,3% təşkil etmişdir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı   18,6 ədəd, kompüterlərin sayı 20.0 ədəd, internet istifadəçilərinin sayı 65, genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan artıqdır, həmçinin, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

Kollegiyaya yekun vuran nazir ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin  və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı tapşırıqlar vermişdir.

Bundan əlavə, kollegiyada hər il ənənəvi olaraq keçirilən “Bakutel” informasiya- kommunikasiya texnologiyaları sərgi-konfransı və Bakıda ilk dəfə olaraq BMT-nin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan İnternet İdarəçilik Forumuna hazırlıq işləri müzakirə olunmuş, hər iki beynəlxalq tədbirin yüksək səviyyədə təşkili üçün müvafiq göstəriş verilmişdir.




Baxış sayı: 1292

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024