Tarix:01/11/12
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Regional İnsan Hüquqları və Media Mərkəzinin (RİHM) sədri Xalid Kazımov bildirib. X.Kazımovun sözlərinə görə, təlimin ilk günündə Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri Anar Orucov iştirakçılara bloqqerlik fəaliyyəti, bloq yazmaq, (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli), sosial şəbəkələrdə iş bacarıqları, yaradılan bloqların mütəmadi olaraq informasiyalarla zənginləşdirilməsi, bloqları məşhurlaşdırmaq və yaymaq, bloqun idarə olunması barədə məlumat verib: “Həmçinin, gənclərə sərbəst fikir bildirmək, sosial, iqtisadi və hüquqi problemləri işıqlandırmaq bacarıqları aşılanıb.Təlimin ikinci günü media hüququ üzrə ekspert, “IREX”-in hüquqşünası Ələsgər Məmmədli gənclərə jurnalistikanın əsas şərtləri, ifadə azadlığının prinsipləri, mövzuların seçilməsi, oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması haqqında məlumat verib. İştirakçılara informasiya və məlumat əldə etmək hüquqları, informasiya əldə edilməsinin əsas prinsipləri, informasiya əldə edilməsinin təşkili, informasiyanın açıqlanması üsulunun seçilməsi haqqında məlumat verilib”.
Həmçinin, təlimdə iştirakçılara insan hüquqlarının qorunmasında mətbuatın imkanlarından yetərincə istifadə edilməsi yolları, informasiyanın və məlumatın əldə edilməsi üçün metodlar (sorğuların hazırlanması, müraciətlər və məhkəmələrə müraciət), internetin verdiyi imkanlar, sosial şəbəkələr və geniş informasiya yayımının təşkili məsələləri ilə bağlı nəzəri və təcrübi biliklər əldə edə bilib. Gənclər vətəndaş jurnalistikası, bu sahədə uğurlu təcrübələr barədə də məlumatlandırılıb. Layihə çərçivəsində iştirak edən gənclərin hər biri “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə fəallıq göstərir. Bundan başqa layihədə iştirak edən gənclər tərəfindən 4 video, 18 yazı bloqu yaradılıb”.
Təşkilat sədri sonrakı mərhələdə Ağdam və Goranboy rayonlarında gənclər üçün keçirilən təlim iştirakçıları ilə görüş keçirildiyini bildirib: “Təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilən görüşdə təlimin yekunları müzakirə edilib. İştirakçılar təlimdən sonra yaratdıqları bloqların informasiya ilə zənginləşdirilməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vətəndaş jurnalistikası sahəsində rastlaşdıqları problemlərlə bağlı ekspertlərdən məsləhətlər alıblar. Sonda yaratdığı bloqu mütəmadi olaraq yeniləyən fəal iştirakçılara sertifikatlar verilib”.
Qeyd edək ki, təşkilat yaxın zamanlarda media sahəsində bilik və bacarıq əldə edən gənclərin imkanlarından istifadə edilərək xəbər portalı yaratmağı və regional məlumatları bu vasitə ilə daha peşəkar şəkildə yaymağı nəzərdə tutur. Bu işdə keçirilən təlim zamanı media bacarıqlarına yiyələnən gənclərin potensialından istifadə ediləcək.
HƏQİQƏT
ABŞ səfirliyinin dəstəyi ilə 40 bloqqer hazırlanıb
Regional İnsan Hüquqları və Media Mərkəzi daha bir layihəni uğurla icra edib. “Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi” layihəsi dörd ay müddətində icra edilib. Layihə çərçivəsində Ağdam və Goranboy rayonlarının hər birində gənclər üçün ikigünlük təlim keçirilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərə 40 nəfər gənc cəlb edilib”.“ICTnews” elektron xəbər xidmətinə bu barədə Regional İnsan Hüquqları və Media Mərkəzinin (RİHM) sədri Xalid Kazımov bildirib. X.Kazımovun sözlərinə görə, təlimin ilk günündə Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri Anar Orucov iştirakçılara bloqqerlik fəaliyyəti, bloq yazmaq, (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli), sosial şəbəkələrdə iş bacarıqları, yaradılan bloqların mütəmadi olaraq informasiyalarla zənginləşdirilməsi, bloqları məşhurlaşdırmaq və yaymaq, bloqun idarə olunması barədə məlumat verib: “Həmçinin, gənclərə sərbəst fikir bildirmək, sosial, iqtisadi və hüquqi problemləri işıqlandırmaq bacarıqları aşılanıb.Təlimin ikinci günü media hüququ üzrə ekspert, “IREX”-in hüquqşünası Ələsgər Məmmədli gənclərə jurnalistikanın əsas şərtləri, ifadə azadlığının prinsipləri, mövzuların seçilməsi, oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması haqqında məlumat verib. İştirakçılara informasiya və məlumat əldə etmək hüquqları, informasiya əldə edilməsinin əsas prinsipləri, informasiya əldə edilməsinin təşkili, informasiyanın açıqlanması üsulunun seçilməsi haqqında məlumat verilib”.
Həmçinin, təlimdə iştirakçılara insan hüquqlarının qorunmasında mətbuatın imkanlarından yetərincə istifadə edilməsi yolları, informasiyanın və məlumatın əldə edilməsi üçün metodlar (sorğuların hazırlanması, müraciətlər və məhkəmələrə müraciət), internetin verdiyi imkanlar, sosial şəbəkələr və geniş informasiya yayımının təşkili məsələləri ilə bağlı nəzəri və təcrübi biliklər əldə edə bilib. Gənclər vətəndaş jurnalistikası, bu sahədə uğurlu təcrübələr barədə də məlumatlandırılıb. Layihə çərçivəsində iştirak edən gənclərin hər biri “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə fəallıq göstərir. Bundan başqa layihədə iştirak edən gənclər tərəfindən 4 video, 18 yazı bloqu yaradılıb”.
Təşkilat sədri sonrakı mərhələdə Ağdam və Goranboy rayonlarında gənclər üçün keçirilən təlim iştirakçıları ilə görüş keçirildiyini bildirib: “Təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilən görüşdə təlimin yekunları müzakirə edilib. İştirakçılar təlimdən sonra yaratdıqları bloqların informasiya ilə zənginləşdirilməsi məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Vətəndaş jurnalistikası sahəsində rastlaşdıqları problemlərlə bağlı ekspertlərdən məsləhətlər alıblar. Sonda yaratdığı bloqu mütəmadi olaraq yeniləyən fəal iştirakçılara sertifikatlar verilib”.
Qeyd edək ki, təşkilat yaxın zamanlarda media sahəsində bilik və bacarıq əldə edən gənclərin imkanlarından istifadə edilərək xəbər portalı yaratmağı və regional məlumatları bu vasitə ilə daha peşəkar şəkildə yaymağı nəzərdə tutur. Bu işdə keçirilən təlim zamanı media bacarıqlarına yiyələnən gənclərin potensialından istifadə ediləcək.
HƏQİQƏT
Baxış sayı: 1755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır