12px13px15px17px
Tarix:02/11/12

Gənclər üçün “Azərbaycanda internet təhlükəsizliyi” mövzusunda seminar keçirilib

Noyabrın 1-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında gənclər üçün “Azərbaycanda internet təhlükəsizliyi” mövzusunda seminar keçirilib. 

Seminarın məqsədi internet təhlükəsizliyi ilə bağlı mövcud problemlərdən çıxış yolunu tapmaq, informasiya təhlükəsizliyinin pozulmasına mane olmayan qlobal internet şəbəkələrindən istifadə yolunu gənclərə çatdırmaq olub.

Seminarda Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi, dosent Zaur Babayev mövzuya dair çıxış edib.

Tədbirdə, həmçinin  Türkiyə mətbuatının yaranması, inkişafı və müasir dövrünü əks etdirən təqdimat da keçirilib.




Baxış sayı: 1585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024