12px13px15px17px
Tarix:02/11/12

Beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artıb

Ölkədə genişzolaqlı internetin inkişafı, bütün yaşayış məntəqələrində sürətli internet xidmətlərinə çıxış imkanlığının yaradılması istiqamətində tədbirlər görülməkdədir. Belə ki, cari ilin sentyabr ayında genişzolaqlı limitsiz internetin qiyməti təqribən 35 faiz aşağı endirilib. Hazırda 1 Mbt/s. aylıq limitsiz internetin qiyməti 10 manat, 2 Mbit/s internetin qiyməti isə 15 manat təşkil edir və mövcud qiymətlər region ölkələri arasında ən aşağı qiymət hesab oluna bilər.

Eyni zamanda, hazırda ölkənin bütün yaşayış məntəqələrində əhalinin genişzolaqlı xidmətlərə yüksəkkeyfiyyətli çıxışını nəzərdə tutan respublikada telekommunikasiya və genişzolaqlı internetin inkişafı üzrə investisiya layihəsi üzərində iş aparılır. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatıb. 

Eyni zamanda, 2012-ci ilin 9 ayı ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 51.9 milyon dəqiqə azalaraq 494.5 milyon dəqiqə, çıxış trafikinin həcmi isə 8.9 milyon dəqiqə artaraq 142.4 milyon dəqiqə təşkil edib.

Beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 269 ədəd artırılaraq 9385 ədədə çatdırılıb.
Bu sahədə görülən işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun "The Global Information Technology Report 2012" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib. Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə MDB-də I yerdədir.
Həmçinin, Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2012-2013" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və beləliklə yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.

Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Measuring the Information Society - 2012" adlı hesabatında "İKT inkişaf indeksi" (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 6 pillə irəliləyərək 2010-cu ildə 155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan 10 "Ən dinamik inkişaf edən ölkələr" qrupunda yerini möhkəmlədib. Hesabata əsasən, internet istifadəçilərinin sayına görə isə respublikamız MDB ölkələri arasında birinci yerdədir. Habelə "İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan əvvəlki hesabatla müqayisədə 1 pillə irəliləyərək 53-cü yerdən 52-ci yerə yüksəlib.




Baxış sayı: 1350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024