12px13px15px17px
Tarix:02/11/12

“Connect” şirkəti “Bakutel-2012” sərgisində son yeniliklərini təqdim edəcək

"Connect" MMC "Bakutel-2012" sərgisində TV və genişzolaqlı internet xidmətləri sahəsində tətbiq etdiyi son yeniliklərini nümayiş etdirəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

 Sərgidə "Connect" MMC-nin stendi dörd bölmədən ibarət olacaq. İnternet bölməsində sərgi iştirakçıları fiber-optikanın imkan verdiyi yüksək internet sürətini sınaqdan keçirə biləcəklər. Televiziya bölməsində rəqəmsal TV, HD TV ilə yanaşı, "3D" TV nümayişləri də həyata keçiriləcək. Sərginin qonaqları "Connect"in xidmətlər paketi, korporativ abonentlər üçün təqdim etdiyi xidmətlər və digər xidmətlərlə tanış olacaq. Müştəri Xidməti bölməsində abonentlərə və iştirakçılara müxtəlif xidmətlər göstəriləcək.

 "Connect" stendinin şou bölməsində iştirakçıları sual-cavab müsabiqəsi və əyləncəli proqram da gözləyir. Müxtəlif interaktiv oyunlar, müsabiqələr nəticəsində qiymətli hədiyyələr əldə etmək mümkündür. Ümumilikdə, sərgi boyunca "Connect" stendini ziyarət edənləri müxtəlif sürprizlər və hədiyyələr gözləyir.

CAHANGİR




Baxış sayı: 1757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024