12px13px15px17px
Tarix:03/11/12

“Bakutel -2012” əlamətdar hadisələrlə yadda qalacaq

18-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgi və konfransı ("BakuTel-2012") noyabr ayının 6-dan 9-dək keçiriləcək. Bu sərgi Azərbaycan, Belarus, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna və digər ölkələrdən 150-dən çox şirkəti qəbul edəcək. Sərgidə Tayvan Milli Qrupunun debüt iştirakı planlaşdırılır.

Sərginin ekspozisiyasına isə İKT sahəsinin müasir ixtiraları, proqram təminatları, peyk əlaqəsi üçün xidmət avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları və s. daxil olacaq. Azərbaycan Respublikası Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən sərgiyə fəal dəstək verilir. Ənənəvi olaraq, sərgidə Azərbaycanın bütün mobil operatorları da iştirak edəcəklər.

Builki sərginin platin sponsoru "Edaps" şirkətidir. "BakuTel-2012" sərgisi yalnız yeniliklərin nümayişi və müqavilələrin imzalanması üçün meydança deyil, həm də İnternetin inkişafı sahəsində müzakirələr aparmaq üçün əla imkan olacaq. Belə ki, sərginin əlamətdar hadisələrindən biri həmin tarixlərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalarının Nazirliyi ilə birgə İnternet İdarəçilik Forumunun  (IGF-2012) keçirilməsi olacaq.

"BakuTel" sərgisi fəaliyyət göstərdiyi illər ərzində telekommunikasiyalar və informasiya texnologiyaları sektorunun bütün nailiyyətlərini nümayiş etdirmək, ən qeyri-adi ideya və layihələri təqdim etmək, habelə müzakirələr, danışıqlar və yeni-yeni uğurların təməlini təşkil edən biznes münasibətlərini qurmaq üçün bir platforma kimi bir çox ölkənin mütəxəssis, ekspert və sahə peşəkarlarının diqqətini cəlb edib.

Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin, habelə beynəlxalq təşkilatları təmsil edən digər rəsmi nümayəndələrin sərgini açılış günündə ziyarət etmələri onun yüksək statusunu təsdiq edir.

Artıq uzun illərdir ki, sərginin inkişafında və formalaşmasında xüsusi rol oynamış Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də "BakuTel" sərgisinə xüsusi diqqət və dəstək verir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq qurumların dəstəyi, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı "BakuTel" sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir.

"Bakı Ekspo" mərkəzinin ikinci pavilyonunda isə həm öz geniş ərazisi, həm də təqdim etdiyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli Pavilyonu yerləşəcəkdir. Azərbaycanın milli stendi çərçivəsində  nazirlik və dövlət qurumları İKT sahəsinə aid layihələri nümayiş etdirəcəklər.

Bununla yanaşı, ziyarətçilərin diqqətinə "Bakı Ekspo" mərkəzinin ikinci zalında təşkil olunan və bir çox şirkəti əhatə edən milli stendlərdə maraqlı proqramlar təqdim olunacaq.

Bu proqramlar çərçivəsində İKT üzrə məhsul və xidmətlər, habelə ən yeni təkmilləşdirmələrin və innovativ həll variantlarının təqdimatı həyata keçiriləcəkdir.

"BakuTel-2012" sərgisində təqdim olunan ekspozisiyalar çərçivəsində telekommunikasiyalar, internet, proqram təminatı və peyk rabitəsi kimi bir neçə əsas istiqaməti qeyd etmək olar.
 
Bundan əlavə, dörd gün ərzində sərgi ziyarətçilərinin diqqətinə genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, teleradio yayımı üçün avadanlıq və texnologiyalar, avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, habelə kosmik sənaye üçün avadanlıq və xidmətlər təqdim ediləcək.

Bununla da İKT sektorunun demək olar ki, bütün seqmentlərini əhatə edən bu sərgi həm yerli İKT bazarının imkanlarını, həm də xarici tərəfdaşlarla əməkdaşlıq perspektivlərini daha da genişləndirir.
Qeyd edək ki, yeniliklər haqqında məlumatları sərginin "http://www.bakutel.az/" rəsmi web-saytından əldə etmək mümkün olacaq.

Dünyanın aparıcı şirkətləri daim innovasiyalar axtarışındadırlar və onları gerçəkləşdirməyə, sürətlə inkişaf edən informasiya-rabitə texnologiyalarının sahəsində tətbiq etməyə hazırdırlar.
Geniş ünsiyyət, forumlar, seminarlar və təqdimat mərasimlərinin keçirilməsini nəzərdə tutan dolğun işgüzar proqram sərginin ayrılmaz hissəsinə çevriləcək.
 
Beləliklə, "BakuTel" sərgisi bu il də bütöv bir sektoru təmsil edən mütəxəssislərin görüşləri, rabitə sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirilməsi, informasiya mübadiləsi və kompüter texnologiyalarının inkişafı üçün səmərəli biznes meydançası olacaq.
 
Həmçinin, "BakuTel" beynəlxalq sərgisinin keçirilməsi yerli İKT müəssisələrinin inkişafına nəzərəçarpacaq töhfə verir və onları dünya keyfiyyət standartlarına cavab verən rəqabətədavamlı məhsullar istehsal etməyə istiqamətləndirir.
 
Sərgidə təqdim edilən yeniliklər isə innovasiyalı məhsul, xidmət və texnologiyaların milli bazarda təşviqinə, eləcə də ölkənin qlobal informasiya məkanına inteqrasiya etməsinə köməklik göstərir.


FAKTLAR VƏ RƏQƏMLƏR


  Yaranma ili: 1995
  Dövrilik: hər il
     
     
"BAKUTEL 2009":
  Ekspozisiyanın sahəsi 4.031 m²
  İştirakçıların sayı 112
  İştirakçı ölkələrin sayı 16
  Ziyarətçilərin sayı 13.129
     
 
"BAKUTEL 2010":
  Ekspozisiyanın sahəsi 4.346 m²
  İştirakçıların sayı 115
  İştirakçı ölkələrin sayı 16
  Ziyarətçilərin sayı 13.514
     
 
"BAKUTEL 2011":
  Ekspozisiyanın sahəsi 8.049 m²
  İştirakçıların sayı 250
  İştirakçı ölkələrin sayı 32
  Ziyarətçilərin sayı 14.545
 
SƏRGİDƏ İŞTİRAKIN ÜSTÜNLÜKLƏRİ

Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi
 

Məhsul və xidmətləri sahənin mütəxəssislərinə, həmçinin geniş ziyarətçi kütləsinə vasitəsiz çatdırmaq imkanı
 

Potensial sifarişçi və tərəfdaşlar ilə görüşüb işgüzar görüşlər keçirtmək
 

Sahənin professionallarının bazarda yeni məhsul və xidmətlər haqqında dolğun məlumat almaq üçün əvəzedilməz platforma
 

İşgüzar forum, ixtisaslaşmış tədbirlər və seminarlar vasitəsi ilə beynəlxalq və yerli mütəxəssislər arasında fikir, təcrübə və texnologiyalar mübadiləsinə zəmin yaratmaq
 

Sərginin zəngin iş və sosial proqramında iştirak edərək bundan faydalanmaq
 

 Sərgi bölmələri

Telekommunikasiya və şəbəkələr

Genişzolaqlı rabitə və texnologiyalar

Kabel və simsiz rabitə

Peyk rabitəsi və texnologiyaları

Televiziya və radioyayım avadanlıqları və texnologiyaları

Proqram təchizatı və avtomatlaşdırma sistemləri

İT və ofis texnologiyaları

Təhlükəsizlik sistemləri

Bank texnologiyaları və xidmətləri

E-hökumət və e-təhsil




Baxış sayı: 1106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024