12px13px15px17px
Tarix:03/11/12

“Google”un data-mərkəzlərinə virtual ekskursiya etmək mümkün olacaq

"Google" şirkətinin hazırladığı "İnternet harada yaşayır" (Where the Internet lives) saytı istifadəçilərə şirkətin data-mərkəzləri haqqında məlumat vermək məqsədini daşıyır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Google-un ABŞ, Finlandiya və Belçikadakı data-mərkəzlərinin şəkillərindən ibarət qalereyalara baxmaq mümkündür. Konni Ju adlı fotoqrafın müəllifi olduğu şəkillərdə şirkətə məxsus serverlərə, telekommunikasiya avadanlıqları və soyutma sistemlərinə baxmaq mümkündür.

Bundan başqa, Google "Street View" xidmətində şirkətin Şimali Karolina ştatının Lenuar şəhərindəki data-mərkəzinin panoram fotolarını yerləşdirib. Burada, istifadəçi binanın müxtəlif zallarına "göz gəzdirərək" virtual səyahət edə biləcək.

Qeyd edək ki, rəsmi olaraq 1998-ci ildə qeydiyyatdan keçmiş Google-un ilk serveri 40 Qb tutuma malik idi. Şirkətin yaradıcıları Sergey Brin və Larri Peyc serveri müstəqil surətdə yığmış və "Leqo" konstruksiyasının detallarından ibarət korpusa yerləşdirmişdilər.
 




Baxış sayı: 873

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024