12px13px15px17px
Tarix:05/11/12

Prezident Hindistanın kommunikasiya və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Hindistan Respublikasının kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Nazir Kapil Sibal Hindistan Prezidenti Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirakından məmnunluğunu bildirən hindistanlı qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
 
Kapil Sibal Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi böyük uğurların onlarda dərin təəssürat yaratdığını dedi. Nazir informasiya və kommunikasiya texnologiyaları sektorunda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.
 
Dövlət başçısı Azərbaycanın Hindistan ilə müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin yaradıldığını vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
 
Dövlət başçısı Prezident Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Hindistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.




Baxış sayı: 1557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024