12px13px15px17px
Tarix:05/11/12

BTİ-nin Baş direktoru Hamadun Ture: “Azərbaycanda keçirilən İnternet İdarəçiliyi Forumunun nəticələrindən bir çox məsələlərin həllini gözləyirik”

"Azərbaycanda keçirilən  İnternet İdarəçiliyi Forumunun nəticələrindən bir çox məsələlərin həllini gözləyirik". Bu barədə "ICTnews"-a eksklüziv  açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture bildirib.

O bildirib ki, forumda internet təhlükəsizliyi,  internetdən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması kimi məsələlər müzakirə ediləcək. "Belə bir tədbirə ev sahibliyi etmək çox məsuliyyətli və zəhmət tələb edən işdir. Azərbaycanda bütün sahələr yüksək səviyyədə inkişaf etmiş və dünyada söz sahibinə çevrilən aparıcı ölkələr sırasındadır.

Ona görə dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi də onun təkcə regionda deyil, eyni zamanda, dünyada artan nüfuzunun göstəricisidir. Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünya miqyaslı layihələrin reallaşmasına öz töhfəsini verir. Bu tədbir özü Azərbaycanla yanaşı, bizim özümüzə də internet problemlərinin aradan qaldırılmasına və gələcək işlərimizin necə qurulmasına dəstək verəcəkdir". deyə o bildirib.

H.Ture qeyd edib ki, Azərbaycan telekommunikasiya və texnologiyalar strukturunun yaradılması və inkişafına çox böyük diqqət yetirir.

Xatırladaq ki, İnternet İdarəçilik Forumu Azərbaycan hökuməti ilə yanaşı, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçiriləcəkdir.

RƏVAN




Baxış sayı: 1309

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024