Tarix:05/11/12
Seminarda elektron patent məhkəməsi ilə bağlı Almaniya təcrübəsi nümayiş etdiriləcək, bu sahənin ölkədə tətbiqi imkanları müzakirə ediləcək.
Seminarı giriş sözü ilə açan komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Miryaqub Seyidov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən danışıb. Onun sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunur.
Bu sahədə dünyada qabaqcıl yer tutan Cənubi Koreya təcrübəsinin ölkədə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində on-line qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək.
Daha sonra Almaniyanın Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel «Hüquqi sənədlərin elektron mübadiləsinin hüquqi əsasları və problemləri», hazırkı sədr, hakim Norbert Mayer isə «Hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri» mövzusunda məruzələr edib.
Seminarda Azərbaycanda «Elektron Hökumət» və məhkəmə müdafiəsinin əsasları, həmçinin Federal Patent Məhkəməsində hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri haqqında da çıxışlar olub. Sonda seminar iştirakçılarına «Almaniya Federal Patent Məhkəməsində İT texnologiyaları və elektron məhkəmə zalına dair» film nümayiş olunub.
Qeyd edək ki, seminarda patent müvəkkilləri, həmçinin Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Akademiyası və digər qurumların nümayəndələri iştirak ediblər.
Bakıda «Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri» mövzusunda seminar keçirilir
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) birgə təşkilatçılığı ilə Bakıda «Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri» mövzusunda iki günlük seminar işə başlayıb.Seminarda elektron patent məhkəməsi ilə bağlı Almaniya təcrübəsi nümayiş etdiriləcək, bu sahənin ölkədə tətbiqi imkanları müzakirə ediləcək.
Seminarı giriş sözü ilə açan komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Miryaqub Seyidov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən danışıb. Onun sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunur.
Bu sahədə dünyada qabaqcıl yer tutan Cənubi Koreya təcrübəsinin ölkədə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində on-line qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək.
Daha sonra Almaniyanın Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel «Hüquqi sənədlərin elektron mübadiləsinin hüquqi əsasları və problemləri», hazırkı sədr, hakim Norbert Mayer isə «Hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri» mövzusunda məruzələr edib.
Seminarda Azərbaycanda «Elektron Hökumət» və məhkəmə müdafiəsinin əsasları, həmçinin Federal Patent Məhkəməsində hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri haqqında da çıxışlar olub. Sonda seminar iştirakçılarına «Almaniya Federal Patent Məhkəməsində İT texnologiyaları və elektron məhkəmə zalına dair» film nümayiş olunub.
Qeyd edək ki, seminarda patent müvəkkilləri, həmçinin Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Akademiyası və digər qurumların nümayəndələri iştirak ediblər.
Baxış sayı: 823
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır