12px13px15px17px
Tarix:05/11/12

Dünya internet şəbəkəsinin növbəti serveri Azərbaycanda quraşdırılıb

"Növbəti, 14-cü internet-serverin Azərbaycanda yerləşdirilməsi bu ölkədə internetin idarə olunması sahəsindəki təcrübəsinin yüksək qiymətləndirilməsinin göstəricisidir". Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
 
Onun sözlərinə görə, yeni serverin qurulması çox vacib məsələlərdən biridir və çox önəmlidir ki, quraşdırma işləri noyabrın 6-8-də Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu (IGF-2012) ərəfəsində başa çatıb: «Məlum olduğu kimi, internet əslində dünya üzərində səpələnmiş qovşaqlar arasında əlaqələri həyata keçirən bir şəbəkədir. İnternetin idarə olunması, internet istifadəçiləri arasında əlaqələrin həyata keçirilməsi üçün dünyada xüsusi alt serverləri adlanan serverlər mövcuddur. İndiyədək onların sayı 13 olub və bunlar da əsasən Amerika qitəsində yerləşir. Bizim regionda ilk dəfə olaraq Azərbaycanda belə bir server yaradılıb. Bu da onu göstərir ki, Azərbaycanda internetin idarə olunması sahəsindəki təcrübə yüksək qiymətləndirilir».
 
E.Vəlizadə həmçinin bildirib ki, Azərbaycanda indiyədək milli domenlərin (*.az) qorunması və tənzimlənməsi sahəsində mövcud olan təcrübə əsas verir ki, ölkədə belə bir serverin yaradılması həyata keçirilsin.
 
Nazir müavini əlavə edib ki, bu serverin yaradılmasının üstünlüyü ondan ibarət olacaq ki, artıq Azərbaycanda, eyni zamanda ətraf regionlardan internet saytlarının açılması, eləcə də internetlə əlaqə daha keyfiyyətli həyata keçiriləcək.
 
Ən əsası isə ondan ibarətdir ki, belə bir nöqtənin Azərbaycanda yerləşməsi ümumilikdə internetin təhlükəsizliyinə yeni bir töhfədir. Yəni serverlərin hansısa sıradan çıxarsa, onların digəri onu əvəz etməlidir və buna görə də onların sayının çox olması internetin daha dayanıqlı və etibarlı fəaliyyətinə imkan verir.
 
Qeyd edək ki, region ölkələri arasında analoji server yalnız Azərbaycanda qurulub. MDB məkanında isə ilk dəfə belə server Ukraynada yerləşdirilib, ikincisi isə məhz Azərbaycanda quraşdırılıb.




Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024