Tarix:06/11/12
Azərbaycan Hökumətinin informasiya-Kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Vu Honqbo və ölkəmizin bu sahədə regionun liderinə çevrilməsini yüksək qiymətləndirdi. O, VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq BMT-nin “Elektron Hökumət” layihələrində Azərbaycanın fəal iştirakının önəmini qeyd etdi.
Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun Bakıda təşkil olunan VII İnternet İdarəçilik Forumunda iştirakının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev baş katiblə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorkdakı son görüşünü məmnunluqla xatırladı.
Müstəqilliyimizin 20-ci ildönümündə güclü beynəlxalq dəstəklə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin önəmini vurğulayan dövlətimizin başçısı Azərbaycanın 2013-cü ildə də sülhün, təhlükəsizliyin və dostluğun təşviqi işində fəal rol oynayacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin baş katibinə çatdırmağı xahiş etdi.
İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
BMT-nin baş katibinin müavini Vu Honqbo baş katib Pan Gi Munun salamlarını dövlətimizin başçısına çatdırdı. O, BMT ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Vu Honqbo 2012-2013-cü illər ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.Azərbaycan Hökumətinin informasiya-Kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Vu Honqbo və ölkəmizin bu sahədə regionun liderinə çevrilməsini yüksək qiymətləndirdi. O, VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qonaq BMT-nin “Elektron Hökumət” layihələrində Azərbaycanın fəal iştirakının önəmini qeyd etdi.
Prezident İlham Əliyev BMT-nin baş katibinin müavini Vu Honqbonun Bakıda təşkil olunan VII İnternet İdarəçilik Forumunda iştirakının əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet sahələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev baş katiblə Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorkdakı son görüşünü məmnunluqla xatırladı.
Müstəqilliyimizin 20-ci ildönümündə güclü beynəlxalq dəstəklə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin önəmini vurğulayan dövlətimizin başçısı Azərbaycanın 2013-cü ildə də sülhün, təhlükəsizliyin və dostluğun təşviqi işində fəal rol oynayacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Dövlət başçısı Pan Gi Munun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin baş katibinə çatdırmağı xahiş etdi.
Baxış sayı: 1144
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır