12px13px15px17px
Tarix:06/11/12

“Instagram” foto tətbiqinin web versiyası yaradılacaq

Mobil qurğular üçün “Instagram” foto tətbiqinin web versiyası yaradılacaq. Tətbiqin bloqunda yazılmış məlumata əsasən, o, yaxın bir neçə gün ərzində istifadəyə veriləcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Instagram” istifadəçilərinin profilləri “instagram.com” saytına daşınacaq. Bundan başqa, artıq web versiyada istifadəçiləri öz lentinə əlavə etmək, fotoları şərh etmək və onları bəyənmək mümkün olacaq. Saytda müvafiq hesabı tapmaq üçün “URL” ünvanda “instagram.com/istifadəçi adı”nı yığmaq lazımdır.

2010-cu ilin payızında təqdim edilmiş “Instagram” foto tətbiqi əvvəlcə yalnız “iPhone”, “iPad” və “iPod touch” qurğuları üçün əlçatan idi. 2012-ci ilin aprelində tərtibatçılar tətbiqin “Android” platforması üçün də versiyasını istifadəyə veriblər.

“Instagram” foto tətbiqi üzərində hüquqa malik “Facebook” şirkətinin məlumatına əsasən, onun istifadəçilərinin sayı 100 milyona çatır.

EMİL




Baxış sayı: 1154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024