Tarix:06/11/12
Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən də danışan mərkəz rəhbərinin sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunmaqdadır.
Bu sahədə dünyada qabaqcıl yer tutmuş Cənubi Koreya təcrübəsinin ölkəmizdə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. “Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində onlayn qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək” - deyə, M.Y.Seyidov qeyd edib.
Patent alınması üçün müraciətlərin qəbulu elektron şəkildə həyata keçiriləcək
Patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Bakıda keçirilən “Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri” mövzusunda iki günlük seminarda çıxışı zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov deyib.Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən də danışan mərkəz rəhbərinin sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunmaqdadır.
Bu sahədə dünyada qabaqcıl yer tutmuş Cənubi Koreya təcrübəsinin ölkəmizdə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. “Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində onlayn qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək” - deyə, M.Y.Seyidov qeyd edib.
Baxış sayı: 1170
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır