Tarix:07/11/12
Sərginin ilk günü açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Nar Mobile"-ın stendi ilə tanış olub. İlk dəfə olaraq, "Nar Mobile" tərəfindən "OnAir" ilə birgə təqdim edilən layihə çərçivəsində, artıq "AZAL"-a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi barədə məlumat verildi. Daha sonra, bu xidmətin başlanğıc rəmzi olan "İlk zəng"in olunması üçün mobil telefon ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi. Prezident "AZAL" hava yollarının Bakı – Paris reysi ilə texniki məşqə gedən Olimpiya çempionumuzla telefon bağlantısı qurdu və ona uğurlar arzu etdi.
"Bu gün biz "Nar Mobile" şirkəti olaraq sayca beşinci dəfədir ki, "Bakutel" sərgisində iştirak edirik. Hər il olduğu kimi, bu il də biz yeniliklərimizi və əldə etdiyimiz ən son nailiyyətlərimizi nümayiş etdiririk. Son illər Azərbaycanın İKT sahəsi çox sürətlə irəliləyir və burada "Nar Mobile" şirkətinin özünəməxsus yeri var. Xatırladım ki, məhz biz Azərbaycana ilk dəfə olaraq "3G" mobil rabitə xidmətini təklif etdik.
Artıq təyyarələrdə mobil rabitə xidmətini göstərməyə hazırlaşırıq. Məhz bu kimi xidmətlərimiz bizim hər zaman innovativ şirkət olduğumuzu göstərir. Lakin bu son deyil, qarşıda dəyərli abunəçilərimizi daha maraqlı layihələr və xidmətlər gözləyir" – deyə "Azerfon" telekommunikasiya şirkətinin Biznesin inkişafı və kommunikasiyalar şöbəsinin icraçı direktoru Leyla Nəsrullayeva bildirib.
Qeyd edək ki, "Nar Mobile" "İteca Caspian" şirkətinin keçirdiyi bütün sərgilərin kommunikasiya tərəfdaşıdır.
“Nar Mobile” “Bakutel 2012” sərgisində ən son yeniliklərini təqdim edib
"Nar Mobile" mobil operatoru "İteca Caspian" şirkətinin keçirdiyi "Bakutel-2012" 18-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi, bu il də əldə etdiyi son yenilikləri nümayiş etdirib.Sərginin ilk günü açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Nar Mobile"-ın stendi ilə tanış olub. İlk dəfə olaraq, "Nar Mobile" tərəfindən "OnAir" ilə birgə təqdim edilən layihə çərçivəsində, artıq "AZAL"-a məxsus təyyarələrdə səyahət edən sərnişinlərin tam mobil rabitə xidmətindən istifadə etməsi barədə məlumat verildi. Daha sonra, bu xidmətin başlanğıc rəmzi olan "İlk zəng"in olunması üçün mobil telefon ölkə başçısı cənab İlham Əliyevə təqdim edildi. Prezident "AZAL" hava yollarının Bakı – Paris reysi ilə texniki məşqə gedən Olimpiya çempionumuzla telefon bağlantısı qurdu və ona uğurlar arzu etdi.
"Bu gün biz "Nar Mobile" şirkəti olaraq sayca beşinci dəfədir ki, "Bakutel" sərgisində iştirak edirik. Hər il olduğu kimi, bu il də biz yeniliklərimizi və əldə etdiyimiz ən son nailiyyətlərimizi nümayiş etdiririk. Son illər Azərbaycanın İKT sahəsi çox sürətlə irəliləyir və burada "Nar Mobile" şirkətinin özünəməxsus yeri var. Xatırladım ki, məhz biz Azərbaycana ilk dəfə olaraq "3G" mobil rabitə xidmətini təklif etdik.
Artıq təyyarələrdə mobil rabitə xidmətini göstərməyə hazırlaşırıq. Məhz bu kimi xidmətlərimiz bizim hər zaman innovativ şirkət olduğumuzu göstərir. Lakin bu son deyil, qarşıda dəyərli abunəçilərimizi daha maraqlı layihələr və xidmətlər gözləyir" – deyə "Azerfon" telekommunikasiya şirkətinin Biznesin inkişafı və kommunikasiyalar şöbəsinin icraçı direktoru Leyla Nəsrullayeva bildirib.
Qeyd edək ki, "Nar Mobile" "İteca Caspian" şirkətinin keçirdiyi bütün sərgilərin kommunikasiya tərəfdaşıdır.
Baxış sayı: 1191
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır