Tarix:07/11/12
"Bakutel 2012" sərgisində "Bakcell" şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, "Bakcell" – "Mançester Yunayted" əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, Artırılmış Reallıq proqramları və müxtəlif oyunları nümayiş etdirməkdədir.
"Bakutel" zamanı Artırılmış Reallıq (AR) tətbiqetmələrini təqdim edib, mobil sənayesinin ən yeni qlobal texnologiya tendensiyalarını təşviq etmək məqsədilə sərgi çərçivəsində "Bakcell" şirkəti "3G" və yeni nəsil mobil texnologiyalar sektorunda dünya lideri olan "Qualcomm Incorporated" şirkəti ilə strateji tərəfdaşlıq qurub. Artırılmış Reallıq – elementləri səs, video, qrafika və ya GPS data formatında kompüter sensor daxiletmələri ilə tamamlanmış fiziki ətraf mühitin canlı, birbaşa və ya dolayı görünüşüdür. Nəticədə bu texnologiya sayəsində müştərinin indiki reallıq qavrayışı daha da zənginləşir. Ətraf mühit və onun elementləri haqda süni məlumat real mühit üzərinə qoyula bilər. Artırılmış Reallıq ətrafınızda olan dünya ilə qarşılıqlı əlaqədə olan zaman misilsiz mobil təcrübə imkanını yaradır.
"Bakcell" şirkəti ilk gündən "Bakutel" sərgisinin daimi iştirakçısıdır. "Bakcell" şirkətinin "Bakutel" sərgisində builki iştirakının əsas mövzusu bu unikal tərəfdaşlıqdır. Biz olduqca məmnunuq ki, "Bakutel 2012" çərçivəsində "Qualcomm" ilə tərəfdaşlıq qurmuşuq. Biz əminik ki, bu sərgi şirkətlərə yeni biznesi inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaqdır.
"Bakutel" sərgisi - telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərilə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz imkan yaradır. "Bakutel" sayəsində əməkdaşlıq üçün yeni imkanlar və sahələr meydana çıxarılacaq",- deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Bundan əlavə, sərgi zamanı "Bakcell" şirkəti ən son texnologiyalar üzərində qurulmuş bir çox rəqəmsal oyun və qonaqlara müxtəlif maraqlı yarışlarda iştirak etmək imkanını verən oyun stansiyaları nümayiş etdirəcək. Həmçinin, bütün ziyarətçilərə real futbol təcrübəsini yaşadacaq futbol zonası fəaliyyət göstərəcəkdir.
“Bakutel 2012” sərgisi çərçivəsində “Bakcell” və “Qualcomm Incorporated” şirkətləri birgə iştirak edir
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" böyük məmnuniyyətlə bildirir ki, şirkətin "Bakutel" stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkil edilməsi üçün mühüm tədbirlər görülüb."Bakutel 2012" sərgisində "Bakcell" şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, "Bakcell" – "Mançester Yunayted" əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, Artırılmış Reallıq proqramları və müxtəlif oyunları nümayiş etdirməkdədir.
"Bakutel" zamanı Artırılmış Reallıq (AR) tətbiqetmələrini təqdim edib, mobil sənayesinin ən yeni qlobal texnologiya tendensiyalarını təşviq etmək məqsədilə sərgi çərçivəsində "Bakcell" şirkəti "3G" və yeni nəsil mobil texnologiyalar sektorunda dünya lideri olan "Qualcomm Incorporated" şirkəti ilə strateji tərəfdaşlıq qurub. Artırılmış Reallıq – elementləri səs, video, qrafika və ya GPS data formatında kompüter sensor daxiletmələri ilə tamamlanmış fiziki ətraf mühitin canlı, birbaşa və ya dolayı görünüşüdür. Nəticədə bu texnologiya sayəsində müştərinin indiki reallıq qavrayışı daha da zənginləşir. Ətraf mühit və onun elementləri haqda süni məlumat real mühit üzərinə qoyula bilər. Artırılmış Reallıq ətrafınızda olan dünya ilə qarşılıqlı əlaqədə olan zaman misilsiz mobil təcrübə imkanını yaradır.
"Bakcell" şirkəti ilk gündən "Bakutel" sərgisinin daimi iştirakçısıdır. "Bakcell" şirkətinin "Bakutel" sərgisində builki iştirakının əsas mövzusu bu unikal tərəfdaşlıqdır. Biz olduqca məmnunuq ki, "Bakutel 2012" çərçivəsində "Qualcomm" ilə tərəfdaşlıq qurmuşuq. Biz əminik ki, bu sərgi şirkətlərə yeni biznesi inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaqdır.
"Bakutel" sərgisi - telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərilə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz imkan yaradır. "Bakutel" sayəsində əməkdaşlıq üçün yeni imkanlar və sahələr meydana çıxarılacaq",- deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Bundan əlavə, sərgi zamanı "Bakcell" şirkəti ən son texnologiyalar üzərində qurulmuş bir çox rəqəmsal oyun və qonaqlara müxtəlif maraqlı yarışlarda iştirak etmək imkanını verən oyun stansiyaları nümayiş etdirəcək. Həmçinin, bütün ziyarətçilərə real futbol təcrübəsini yaşadacaq futbol zonası fəaliyyət göstərəcəkdir.
Baxış sayı: 1385
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır