12px13px15px17px
Tarix:08/11/12

“GoMap.az” elektron xəritəsinin mobil versiyası yaradılıb

“GoMap.Az” elektron xəritəsinin “Apple”, “Samsung”, “ Nokia”, “BlackBerry”, “LG”, “HTC” və s. bu kimi dünyanın aparıcı smartfon istehsalçılarının smartfonları üçün nəzərdə tutulan mobil versiyası yaradılıb.

Mobil versiya 6-9 noyabr tarixlərində Bakı “Expo” Mərkəzində keçirilən “Bakutel-2012” 18-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində təqdim olunub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mobil versiyada smartfon istifadəçiləri üçün rahatlıq yaradan bir sıra əlavə servis və xidmətlər mövcuddur.

Belə ki, mobil versiyada istifadəçinin olduğu yerin təyin edilməsi; olduğu yerdən gedəcəyi yerə kimi marşrutun çəkilməsi; istifadəçinin olduğu yerə yaxın olan obyektlərin kateqoriyalar üzrə axtarılması;  “GoMap.az” xəritəsinə yeni obyektlərin əlavə olunması və s. bu kimi imkanlar gerçəkləşdirilib. Elektron xəritənin mobil versiyasında Bakı və Sumqayıt şəhərlərinin ictimai nəqliyyat xətlərinə giriş imkanı da mövcuddur.

Qeyd edək ki, hal-hazırda “GoMap.Az”  Azərbaycan və Gürcüstanın ərazilərini əhatə edir və dünyada mövcud olan analoqlar arasında bu ölkələr üzrə ən ətraflı xəritədir. Hazırda “GoMap.az” xəritəsi 8000-dən çox yaşayış məntəqəsini (onlardan ünvanlı məlumatlarla  80 şəhər və qəsəbə),  5000-dən çox mədəni-tarixi abidəni, 900 000-dən çox bina və tikililəri, 112 000 obyekti, 48 000 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla) və s. daxil edir. “GoMap.az” xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir. Hazırda “GoMap.az” servisləri “bulud” texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.
 
HƏQİQƏT




Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Avqust 2018

20/08/18
“Alcatel HH40V” qurğusu dünyanın istənilən nöqtəsindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün “HH40V” portat

20/08/18
Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.

20/08/18
Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honkonq (Çin) Şəhər Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın 

19 08 2018