12px13px15px17px
Tarix:08/11/12

Sanqin Əmirzai: «Azərbaycanın İKT şirkətlərinin Əfqanıstana investisiya yatırmasında maraqlıyıq»

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın Rabitə və informasiya texnologiyaları naziri Sanqin Əmirzai ilə görüşüb. XİN-in mətbuat xidmətindən "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, əfqanıstanlı nazir Azərbaycanın Əfqanıstana göstərdiyi yardım və dəstəyə görə təşəkkür edib və ölkəsində gedən inkişaf prosesindən danışıb.

Əfqanıstanda informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafından söz açan S.Əmirzai bu sahədə ölkəmizlə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. S.Əmirzai onu da bildirib ki, Azərbaycandan olan və İKT sahəsi üzrə ixtisaslaşmış iş adamlarının ölkəsinə investisiya yatırmalarında maraqlıdırlar.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı səviyyəsindən məmnunluq ifadə edib və Azərbaycanın Əfqanıstana hər zaman yardım göstərməyə hazır olduğunu bildirib. Həmçinin, nazir Elmar Məmmədyarov əfqanıstanlı həmkarına regionda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr haqda məlumat verib.

SEYMUR




Baxış sayı: 1378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024