12px13px15px17px
Tarix:12/11/12

İPTV proqramları “Bakutel-2012” sərgisində nümayiş etdirilib

“Teleradio” İstehsalat Birliyi “Bakutel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edib. “ICTnews” elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, sərgidə “Teleradio” İB tərəfindən quraşdırılmış stenddə bir sıra yeniliklər təqdim edilib.

Belə ki, stenddə quraşdırılmış monitorlar vasitəsilə 37-ci və 44-cü TVk-lardan yayımlanan hər iki paketdəki DVB-T standartlı rəqəmli TV, 48-ci TVk-dan yayımlanan HD TV və Bakı Teleqüllə Kompleksində quraşdırılmış yeni baş stansiyadan ötürülən çoxsaylı İPTV proqramları nümayiş olunub.

DVB-T standartlı rəqəmli TV,  İPTV və “Teleradio” İB-nin xidmət dairəsinə aid digər məlumatlarla zəngin olan bukletlər birliyin stendini ziyarət edən sərgi iştirakçılarına təqdim olunub, onları maraqlandıran mövzulara mütəxəssislər tərəfindən münasibət bildirilib.

Qeyd edək ki, beynəlxalq aləmdə nüfuzu ildən-ilə daha da artan "Bakutel-2012" sərgisinə digər illərlə müqayisədə bu il daha çox xarici şirkətlər qatılıb. Böyük marağa səbəb olan “Bakutel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi müvəffəqiyyətlə sona çatıb.
 
CAHANGİR




Baxış sayı: 1956

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024