12px13px15px17px
Tarix:12/11/12

İki İT nəhəngi barışdı

“Apple” şirkətinin saytında dərc edilmiş press-relizə əsasən qeyd edək ki, “HTC” və “Apple” şirkətləri patent mübahisəsini tənzimləyiblər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkətlər bir-birlərinə qarşı irəli sürdükləri iddiaları geri çağırıblar və hazırlamaların lisenziyalaşdırılması haqqında 10 il müddətinə saziş imzalayıblar.

Sazişin digər şərtləri barədə məlumat verilməyib.Xatırladaq ki, iki şirkət arasında patent mübahisəsi 2010-cu ilin martında başlanıb. O zaman “Apple” şirkəti “HTC”-i məhkəməyə vermişdi. Tayvan şirkəti isə 2 ay sonra qarşılıqlı iddia irəli şürmüşdü.



 
EMİL




Baxış sayı: 1596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024