12px13px15px17px
Tarix:23/07/11

Dövlət sektorunda hansı planşet istifadə olunacaq?

“Research İn Motion” (RİM) şirkəti istehsal etdiyi “BlackBerry PlayBook” planşetinin ABŞ-ın hökumət strukturlarında istifadə üçün rəsmi təsdiqləndiyini bildirib.
Qurğu dövlət sektorunda tətbiq edilən kompyuter sistemlərinin təhlükəsizliyinə tələbləri təqdim edən FİPS standartına uyğun yoxlamalardan uğurla keçib. Şəhadətnamə Milli Standart və Texnologiyalar İnstitutu (NİST) tərəfindən verilib. RİM bildirib ki, yalnız onun istehsal planşet kompyuteri FİPS şəhadətnaməsinə malikdir.
Qeyd edək ki, ABŞ və Kanadada “PlayBook” planşetinin reallaşdırılması aprel ayının ortasında başlanıb. “BlackBerry PlayBook” "peşəkar istifadəçilər" üçün həll kimi xarakterizə olunur. Planşet 1024×600 nöqtə kəskinlikli 7 düyməli ekranla, 2 videokamera (3 və 5 meqapiksel ilə), “Wi-Fi” (İEEE 802.11a/b/g/n) və “Bluetooth 2.1” adapterləri, “MicroHDMİ” və “MicroUSB” portları, müxtəlif tənzimçilər, həmçinin 1 Qb əməli yaddaş ilə təchiz olunub. Proqram platforması kimi “BlackBerry Tablet OS” istifadə olunur. “PlayBook” planşetinin qiyməti 500 dollardır.


hard.compulenta.ru



Baxış sayı: 1015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024