Tarix:12/11/12
Onun sözlərinə görə, layihə ilk olaraq bu ilin may ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə “Microsoft” proqram təminatları üzrə mütəxəssislərin hazırlığına yönəldilib və hazırda layihənin reallaşdırılması üzrə işlər aparılır. Yeni tədris ilindən bu ali məktəbin bütün tələbələri üçün "Microsoft IT Academy" çərçivəsində təlimlərdən keçmək və imtahanlarda iştirak edərək sertifikat əldə edilməsinə başlanılıb. "Bu addım, ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığımızın tək nümunəsi deyil.
Məsələn, Azərbaycan Diplomatik Akademiyası “Microsoft” lisenziya proqram platformasına tamamilə keçmiş birinci ali məktəb olub və hal-hazırda burada “Office 365” tətbiqi prosesi işə salınıb”- deyə o bildirib. Hacıəlibəyov yaxın günlərdə bu sıraya daxil olan universitetlərin adlarını açıqlayacaqlarını da söylədi.
RƏVAN
"Microsoft IT Academy" layihəsinin ölkənin bütün ali məktəblərində tətbiqi gözlənilir
"Microsoft IT Academy" layihəsinin ölkənin bütün ali məktəblərində tətbiqi istiqamətində danışıqlar aparılır. Bu barədə “ICTnews”a “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov məlumat verib.Onun sözlərinə görə, layihə ilk olaraq bu ilin may ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birgə “Microsoft” proqram təminatları üzrə mütəxəssislərin hazırlığına yönəldilib və hazırda layihənin reallaşdırılması üzrə işlər aparılır. Yeni tədris ilindən bu ali məktəbin bütün tələbələri üçün "Microsoft IT Academy" çərçivəsində təlimlərdən keçmək və imtahanlarda iştirak edərək sertifikat əldə edilməsinə başlanılıb. "Bu addım, ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığımızın tək nümunəsi deyil.
Məsələn, Azərbaycan Diplomatik Akademiyası “Microsoft” lisenziya proqram platformasına tamamilə keçmiş birinci ali məktəb olub və hal-hazırda burada “Office 365” tətbiqi prosesi işə salınıb”- deyə o bildirib. Hacıəlibəyov yaxın günlərdə bu sıraya daxil olan universitetlərin adlarını açıqlayacaqlarını da söylədi.
RƏVAN
Baxış sayı: 1787
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır