12px13px15px17px
Tarix:13/11/12

Yeni “İPad mini” dekabrda Azərbaycanda satışa çıxarılacaq

Yeni “İPad mini” kompyuterləri dekabrın birinci yarısında Azərbaycanda satışa çıxarılacaq.ABŞ-ın “Apple” şirkətinin istehsalı olan bu kompyuterlər Birləşmiş Ştatlardan sonra 10 Avropa ölkəsində və Çində satışa çıxarılacaq. Sonra isə Şərqi Avropa, Asiya, Afrika və MDB ölkələrinin bazarlarına daxil olacaq. Kompyuterlər MDB ölkələri arasında ilk olaraq Azərbaycana, Rusiyaya və Qazaxıstana gətiriləcək.

Rəsmi distributorlar bildirmiblər ki, “İPad mini”nin Azərbaycanda satış qiyməti gömrük rüsumunun məbləği müəyyən edildikdən sonra açıqlanacaq. ABŞ-da isə bu kompyuterlərin qiyməti 350-660 dollar arasında dəyişir.




Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024