12px13px15px17px
Tarix:14/11/12

RİTN-in əməkdaşları talassemiyalı uşaqlar üçün qan verdilər

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Yeni Azərbaycan Partiyasının (YAP) RİTN ərazi təşkilatının təşkilatçılığı ilə YAP-ın 20 illiyi ilə əlaqədar  talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında məqsəd idarənin əməkdaşları arasında bu xəstəliyə diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara az da olsa donor qanla köməklik göstərməkdir. "Savab dünyası" Talassemiya Assosiasiyasının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada 100 nəfərdən çox könüllü donor olaraq qan verib. Aksiya bu gün də davam edir.

Qanvermə aksiyasına qoşulanlara məlumat verildi ki, Ümumdünya Səhiyyə Təşkilatının 2005-ci ilin may ayında qəbul etdiyi bəyannaməyə əsasən könüllü, təmənnasız donorlar təhlükəsiz qan təminatının əsasını təşkil edir,  yaşı 18-dən, boyu 160 santimetrdən, çəkisi 55 kiloqramdan yuxarı olan, təzyiqi aşağı olmayan, cərrahiyyə əməliyyatı keçirməyən və hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs qan donoru ola bilər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları qanvermə aksiyasına böyük həvəslə qoşulub, talassemiyalı uşaqların normal yaşamasını təmin etmək üçün dəstəklərini əsirgəməyiblər.
RİTN-in əməkdaşları bu kimi aksiyaların keçirilməsində yaxından iştirak etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirərək qanvermə aksiyasında iştiraklarından, xəstə uşaqlara dəstək olmalarından qürur duyduqlarını vurğulayıblar.

RƏVAN




Baxış sayı: 1721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024