12px13px15px17px
Tarix:14/11/12

“Bulud” xidmətlərinə maraq artır

“Dropbox” “bulud” xidməti istifadəçi hesablarının 100 milyonu ötdüyünü bəyan edib. Xidmətin yaradıcısı Dryu Hyuston bildirib ki, sistemin 100 milyonuncu istifadəçisi, demək olar ki, şirkətin 5 yaşı ilə eyni zamanda qeydiyyatdan keçib.

"Mən bu barədə hələ ki heç kəsə danışmamışam. “Dropbox”un   yaradılması ideyası təsadüfən ağlıma gəldi. Belə ki, mən bir dəfə Bostonda yerləşən vağzalda fləş-kartımı itirdim və qərara gəldim ki, vacib əhəmiyyətli məlumatları cibdə daşımaq təhlükəlidir” – Dryu bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, son il ərzində “Dropbox” istifadəçilərinin sayı 4 dəfə artıb.

Şirkət əlamətdar hadisə ilə əlaqədar istifadəçilər üçün müsabiqə elan edib. Müsabiqənin şərtinə görə, “Dropbox” xidməti ilə bağlı ən maraqlı hekayənin müəllifinə şirkət sistemdə 10-dan 100 qiqabayta qədər yer ayıracaq.
 
EMİL




Baxış sayı: 1503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024