12px13px15px17px
Tarix:14/11/12

Paytaxt sakinləri üçün telefon çəkdirmək və internetə qoşulmaq üçün gözəl fürsət

“Baktelekom” (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) Azərbaycanda  telefon rabitəsinin yaradılmasının 131 illik yubileyi ilə əlaqədar  kampaniya keçirir.

“ICTnews” elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, kampaniyanın şərtlərinə əsasən,  iki telefon çəkdirmək istəyən abunəçidən bir ədədinin çəkiliş haqqı alınmır.

Bundan əlavə,  3 Mbit/s və yuxarı sürətli internetə qoşulan abunəçiyə İP telefon nömrəsi hədiyyə verilir, 5 Mbit/s və yuxarı sürətli internetə qoşulan abunəçiyə isə İP telefon nömrəsi hədiyyə edilməklə yanaşı, 100 kanallı İPTV xidməti 3 ay pulsuz təqdim olunur.1 noyabr tarixindən etibarən başlayan kampaniya dekabr ayının 10-dək davam edəcək.





CAHANGİR




Baxış sayı: 2181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024