12px13px15px17px
Tarix:14/11/12

“Google”-un reklam gəlirləri artıb

“Google” axtarış sisteminin reklam gəlirlərinin həcmi 2012-ci ilin birinci yarımilliyində ilk dəfə olaraq ABŞ-ın çap nəşrlərinin gəlirini üstələyib. Bu barədə Almaniyanın “Statista” nəşrinin tədqiqatında qeyd olunub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” 2012-ci ilin birinci yarısında reklamdan 20,8 milyard ABŞ dolları əldə edib. Bu göstərici Amerika jurnallarının gəlirindən 1.6 milyard, qəzetlərdən isə 10 milyard dollar çoxdur. “Statista” şirkətinin tədqiqatında qeyd edilib ki, belə müqayisə heç də düzgün deyil, çünki “Google” Amerika şirkəti olsa da, çap nəşrlərindən fərqli olaraq bütün dünyada reklam satır.

“Statista” nəşrinin dərc etdiyi cədvəldə kütləvi informasiya vasitələri (KİV) və “Google”-un gəlirlərinin 2004-cü ildən bəri dəyişməsi əks olunub. Belə ki, Amerika jurnalları 8 il bundan əvvəl reklamdan təxminən 70 milyard, qəzetlər isə təxminən 47 milyard dollar qazandığı halda, o zaman “Google”-un gəliri təxminən 3 milyard dollar təşkil edirdi. Çap nəşrlərinin gəlirləri 2009-cu ildə kəskin azaldı və artıq 2011-ci ilə jurnalların reklam gəliri “Google”-un gəliri ilə bərabərləşdi.

“EMarketer” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə ABŞ-da internet reklam satışlarının həcmi ilk dəfə olaraq çap nəşrlərinin reklam satışlarını ötəcək. İnternetdə reklam bazarının həcmi 39,3 milyard dollara qədər artacaq, çap nəşrləri bazarının  həcmi isə 36-dan 33,8 milyarda qədər azalacaq.
 
EMİL




Baxış sayı: 1508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024