12px13px15px17px
Tarix:14/11/12

1 qiqabitlik internet sürəti artıq reallıqdır (VİDEO)

“Google” şirkəti abunəçilərin yüksəksürətli şəbəkəyə qoşulması prosesinə start verib. Kanzas şəhərinin sakinləri ayda 70 dollar ödəməklə 1 qiqabit sürətə malik internetə  çıxış imkanı əldə edə bilərlər. Şəbəkəyə qoşulanlara əlavə olaraq 1 TB tutumunda "bulud" anbarı verilir.

Bundan başqa, axtarış nəhəngi 5 Mbit/s ötürmə sürətinə malik pulsuz internet təklif edir; istifadəçi bunun üçün rabitənin çəkilməsinə yalnız 300 dollar ödəməlidir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Google”-un 1 qiqabitlik internetinə qoşulmuş istifadəçilərin verdiyi məlumata görə, internetə çıxışın real sürəti 600 – 700 Mbit/s təşkil edir.




EMİL





Baxış sayı: 1435

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024