12px13px15px17px
Tarix:15/11/12

İnformatika müəllimləri üçün seminar keçiriləcək

İnformatika müəllimləri üçün 21 noyabr 2012-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Pascal proqramlaşdırma dilinin əsasları. Tam ədədlərə aid sadə məsələlərin həlli” adlı seminar keçiriləcək.  “ICTnews” Elektron xəbər xidmətinə bu barədə http://www.informatik.az/ saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, seminarda “Pascal” dilinin tədrisində çətinlik çəkən istənilən müəllim iştirak edə bilər.

Seminarı fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə aparacaq. Hələlik bu, informatika müəllimləri üçün proqramlaşdırma dilləri üzrə planlaşdırılmış ilk seminardır. Seminarın nəticələri nəzərə alınaraq, gələcəkdə onun əhatə dairəsinin genişləndiriliməsi, o cümlədən bölgələrdə tətbiq də nəzərdə tutulur.

Qeyd edək ki,  seminarda iştirak etmək istəyən müəllimlər tədbirin “Facebook” sosial şəbəkəsində yaradılmış səhifəsində (http://www.facebook.com/events/543119475717511/)  öz iştiraklarını təsdiq etməlidirlər.
 
HƏQİQƏT




Baxış sayı: 836

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024