12px13px15px17px
Tarix:23/07/11

“Google+” sosial şəbəkəsində artıq 20 milyon istifadəçi var

“ComScore” tədqiqat şirkətinin hesabatına əsasən, “Google+” sosial şəbəkəsinin istifadəyə verilməsi anından keçən cəmi 3 həftə ərzində orda qeydiyyatdan keçən istifadəçilərin sayı 20 milyonu ötüb.
Şirkətin rəhbəri Larri Peycin sözlərinə görə, 1 həftə əvvəl istifadəçilərin sayı 10 milyona bərabər olub. “Comscore” direktoru Endryu Lipsman “Los-Angeles Times” nəşrinə verdiyi müsahibəsində bildirib ki, "bu, mənim yaddaşımda bütün mövcud internet layihələrdən 20 milyon istifadəçi həddinin ən sürətli fəthidir". Məlumat üçün bildirək ki, qeydiyyatdan keçənlərin (5 milyon) dörddə biri ABŞ vətəndaşıdır. Eyni zamanda “TechCrunch” internet portalının jurnalistlərinə məlum olub ki, “Google” şirkəti bu yaxınlarda “Color” mobil sosial şəbəkəsini almağa çalışıb. Lakin “Color” mobil şəbəkəsinin banisi, sahibkar Bil Nquyen sazişdən imtina edib. Nquyen “Lala Media” sosial şəbəkəsinin yaradılması ilə məşhurdur. “Apple” şirkəti onu 2009-cu ildə alaraq sonradan “iTunes” xidmətinin bir hissəsinə çevirib.
Ekspertlər “Google” şirkətinin “Color” mobil sosial şəbəkəsinin funksionalını “Google+” şəxsi layihəsinə birləşdirməyi planlaşdırdığını güman edirlər. Maraqlıdır ki, təklif bu ilin mart ayında, “Color” layihəsi hələ rəsmi istifadəyə verilməzdən əvvəl edilib. Layihə əvvəllər 41 milyon dollar dəyərində investisiya cəlb edə bilib və onun bazar qiyməti 167 milyon dollar olub, ancaq sonra sosial şəbəkə inkişaf edə bilməyib.


infox.ru



Baxış sayı: 1055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024