Tarix:15/11/12
Şirkətdən verilən məlumata görə, 18-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgisinin təşkilatçıları "Bakcell" şirkətini "Ziyarətçilərlə ən fəal işə görə" təşəkkür sertifikatı ilə təltif edib.
“Bakutel” stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkili üçün "Bakcell" tərəfindən mühüm tədbirlər görülüb. Bu il "Bakcell" şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, “Bakcell” – “Mançester Yunayted” əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, artırılmış reallıq (AR) proqramları və müxtəlif oyunları nümayiş etdirib.
"Bakcell" əməkdaşları sərgidə şirkətin məhsullarını nümayiş etdirib, qonaqlara "Bakcell" və onun “Bakutel”dəki tərəfdaşları haqqında ətraflı məlumat veriblər. Bundan əlavə, sərgi ziyarətçilərinə mobil telefon vasitəsilə sosial media imkanlarından istifadə etmək, QR və AR təcrübəsi ilə tanış olmaq və “Bakcell”in mobil xidmətlərindən tam şəkildə faydalanmaq imkanını vermək üçün şirkət tərəfindən pulsuz seminar və təlimlər təşkil edilib.
“Bakcell” “Bakutel-2012” sərgisində uğurlu iştirakına görə sertifikatla təltif olunmasından çox məmnundur. Müştəri məmnuniyyəti “Bakcell” üçün çox vacib bir amildir və “Bakutel” sərgisi şirkətimizə indiki və gələcək müştərilərimizlə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz bir imkan yaradır", - şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Bakcell” “Bakutel” sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - "Bakutel-2012" sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib.Şirkətdən verilən məlumata görə, 18-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgisinin təşkilatçıları "Bakcell" şirkətini "Ziyarətçilərlə ən fəal işə görə" təşəkkür sertifikatı ilə təltif edib.
“Bakutel” stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkili üçün "Bakcell" tərəfindən mühüm tədbirlər görülüb. Bu il "Bakcell" şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, “Bakcell” – “Mançester Yunayted” əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, artırılmış reallıq (AR) proqramları və müxtəlif oyunları nümayiş etdirib.
"Bakcell" əməkdaşları sərgidə şirkətin məhsullarını nümayiş etdirib, qonaqlara "Bakcell" və onun “Bakutel”dəki tərəfdaşları haqqında ətraflı məlumat veriblər. Bundan əlavə, sərgi ziyarətçilərinə mobil telefon vasitəsilə sosial media imkanlarından istifadə etmək, QR və AR təcrübəsi ilə tanış olmaq və “Bakcell”in mobil xidmətlərindən tam şəkildə faydalanmaq imkanını vermək üçün şirkət tərəfindən pulsuz seminar və təlimlər təşkil edilib.
“Bakcell” “Bakutel-2012” sərgisində uğurlu iştirakına görə sertifikatla təltif olunmasından çox məmnundur. Müştəri məmnuniyyəti “Bakcell” üçün çox vacib bir amildir və “Bakutel” sərgisi şirkətimizə indiki və gələcək müştərilərimizlə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz bir imkan yaradır", - şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.
Baxış sayı: 1045
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır