Tarix:15/11/12
“ICTnews” elektron xəbər xidmətinin İTİ-yə istinadən verdiyi məlumata görə, görüşdə MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Rusiya) rəhbəri Dr. Julia Knights, Qərbi Avropa üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Almaniya) rəhbəri Kenan Poleo, Türkiyədə Britaniyanın Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Başak Candemir, MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Dr. Marina Sokolova, təşkilati məsələlər ilə bağlı Britaniya səfirliyinin İqtisadiyyat və Energetika üzrə müşaviri Elşən Qurbanov, AMEA RH-ın “Xarici əlaqələr” şöbəsinin rəhbəri Ədalət Həsənov və AMEA institutlarının bir qrup əməkdaşı iştirak ediblər.
Qərbi Avropa üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Almaniya) rəhbəri Kenan Poleo AMEA-nın institut və təşkilatlarının əməkdaşları ilə görüşlərinin keçirilməsinin məqsədinin Britaniyanın elm və tədris mərkəzləri ilə Azərbaycanın müvafiq mərkəzləri arasında əlaqələrin yaradılmasının təşkil edilməsi olduğunu diqqətə çatdırıb.
Qonaqları salamlayan AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, müxtəlif İKT layihələrinin həyata keçirilməsində görülən tədbirlər, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söhbət açıb. Elmi-texniki sahədə innovativ fəaliyyətin, elmi tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılmasının davamlı inkişafın əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Elm, təhsil və innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu qeyd edən alim İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “E-elm” layihəsi çərçivəsində aparılan mühüm işlərdən danışıb. Prof. R.Əliquliyev “AzScienceNet” Elm Kompüter Şəbəkəsi İdarəetmə Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.
CAHANGİR
Böyük Britaniya XİN-in Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti İnformasiya Texnologiyaları İnstitutunda olub
Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) olub.“ICTnews” elektron xəbər xidmətinin İTİ-yə istinadən verdiyi məlumata görə, görüşdə MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Rusiya) rəhbəri Dr. Julia Knights, Qərbi Avropa üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Almaniya) rəhbəri Kenan Poleo, Türkiyədə Britaniyanın Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Başak Candemir, MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Dr. Marina Sokolova, təşkilati məsələlər ilə bağlı Britaniya səfirliyinin İqtisadiyyat və Energetika üzrə müşaviri Elşən Qurbanov, AMEA RH-ın “Xarici əlaqələr” şöbəsinin rəhbəri Ədalət Həsənov və AMEA institutlarının bir qrup əməkdaşı iştirak ediblər.
Qərbi Avropa üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Almaniya) rəhbəri Kenan Poleo AMEA-nın institut və təşkilatlarının əməkdaşları ilə görüşlərinin keçirilməsinin məqsədinin Britaniyanın elm və tədris mərkəzləri ilə Azərbaycanın müvafiq mərkəzləri arasında əlaqələrin yaradılmasının təşkil edilməsi olduğunu diqqətə çatdırıb.
Qonaqları salamlayan AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, müxtəlif İKT layihələrinin həyata keçirilməsində görülən tədbirlər, İT sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söhbət açıb. Elmi-texniki sahədə innovativ fəaliyyətin, elmi tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılmasının davamlı inkişafın əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Elm, təhsil və innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu qeyd edən alim İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “E-elm” layihəsi çərçivəsində aparılan mühüm işlərdən danışıb. Prof. R.Əliquliyev “AzScienceNet” Elm Kompüter Şəbəkəsi İdarəetmə Mərkəzinin fəaliyyəti haqqında da məlumat verib.
CAHANGİR
Baxış sayı: 1332
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır