Tarix:15/11/12
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ilkin hesablamalara əsasən, cari rübdə bukriderlərin satış həcmi 4,57 milyona bərabər olacaq. Bu göstərici rüblük hesablamada 92 faiz artım və illik hesablama üzrə 49,1 faiz azalma deməkdir.
Ekspertlər satışların azalmasını planşet və smartfonların populyarlaşması ilə izah ediblər. “IDC” tədqiqat şirkətinin hesablamasına görə, cari ilin üçüncü rübündə dünyada müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 27,8 milyon planşet tədarük edilib. 2011-ci ilin üçüncü rübü ilə müqayisədə artım təxminən 50 faiz təşkil edib. Smartfonlara tələbat illik hesablamada 46.9 faiz və ya 115,2-dən 169,2 milyona qədər artıb.
2012-ci ilin nəticəsinə görə, bukriderlərin tədarük həcminin 57,3 faizə qədər azalacağı gözlənilir. Aparıcı istehsalçılara reytinqi 55 faiz bazar payına malik “Amazon” şirkəti liderlik edəcək. Sonrakı yerlərdə “Kobo”, “Barnes and Noble” və “Sony” şirkətləri qərarlaşıb.
EMİL
Bukriderlərə tələbat azalır
“Digitimes Research” şirkətinin analitikləri bukrider (elektron kitabları oxumaq üçün qurğu) bazarı ilə əlaqədar proqnozu bəyan ediblər.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ilkin hesablamalara əsasən, cari rübdə bukriderlərin satış həcmi 4,57 milyona bərabər olacaq. Bu göstərici rüblük hesablamada 92 faiz artım və illik hesablama üzrə 49,1 faiz azalma deməkdir.
Ekspertlər satışların azalmasını planşet və smartfonların populyarlaşması ilə izah ediblər. “IDC” tədqiqat şirkətinin hesablamasına görə, cari ilin üçüncü rübündə dünyada müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 27,8 milyon planşet tədarük edilib. 2011-ci ilin üçüncü rübü ilə müqayisədə artım təxminən 50 faiz təşkil edib. Smartfonlara tələbat illik hesablamada 46.9 faiz və ya 115,2-dən 169,2 milyona qədər artıb.
2012-ci ilin nəticəsinə görə, bukriderlərin tədarük həcminin 57,3 faizə qədər azalacağı gözlənilir. Aparıcı istehsalçılara reytinqi 55 faiz bazar payına malik “Amazon” şirkəti liderlik edəcək. Sonrakı yerlərdə “Kobo”, “Barnes and Noble” və “Sony” şirkətləri qərarlaşıb.
EMİL
Baxış sayı: 1333
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır