12px13px15px17px
Tarix:16/11/12

İnformatika üzrə “Ən yaxşı videoresurs” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İnformatika müəllimləri üçün nəzərdə tutulan “Ən yaxşı videoresurs” müsabiqəsi artıq başa çatıb. “ICTnews” Elektron xəbər xidmətinə bu barədə http://www.informatik.az/ saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyində  müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqənin qalibləri Ordubad rayonunun, Dırnıs kəndindən Etibar Süleymanov, Bakı şəhərindən Aynur Rüstəmova, Lənkəran şəhərindən Seyran Əliyev,  Sumqayıt şəhərindən Çinarə Bayramova, Bakı şəhərindən Kənan İsmayılov seçilib.

Qeyd edək ki, “Ən yaxşı videoresurs” müsabiqəsinə 14 fevral  2011-ci il start verilib. Müsabiqənin şərtlərinə Azərbaycan dilində informatika dərslikləri əsasında videodərslərin hazırlanması daxildir.




HƏQİQƏT




Baxış sayı: 1477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024