12px13px15px17px
Tarix:16/11/12

10 ayda Azərbaycanda elektron ticarət vasitəsilə alqı-satqı edənlərin sayı artıb

Dövlət Statistika Komitəsi 2012-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Komitədən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 1.0 faiz, yaxud müqayisəli qiymətlərlə 416 milyon manat artaraq 44.2 milyard manata çatıb.

ÜDM-in 66.7 faizi məhsul istehsalı sahələrində yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27.0 faiz, o cümlədən rabitədə 1.8 faiz, sosial və digər xidmətlərdə 12.1 faiz təşkil edib. ÜDM-in 6.3 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4823.7 manat (6138.6 ABŞ dolları) təşkil edib.

İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1163.3 milyon manat dəyərində və ya ötən ildə olduğundan 17.2 faiz çox rabitə xidməti göstəriblər. Xidmətlərin 72.2 faizi əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 75.3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

2012-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri13.7 faiz artaraq 27.1 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12.2 faiz artaraq 2959.4 manata (orta hesabla ayda 295.9 manata) çatıb. Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 8.6 faiz artaraq 388.2 manata çatıb. Bu dövrdə informasiya və rabitədə isə 619.1 manat təşkil edib.

Hesabat dövründə elektron ticarət vasitəsilə alıcılara 1133.4 min manatlıq qeyri-ərzaq malları və 72.4 min manatlıq ərzaq məhsulları satılıb.

SEYMUR




Baxış sayı: 1547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024