12px13px15px17px
Tarix:16/11/12

“Dell” şirkətinin istehsal etdiyi məhsulları alaların sayı azılıb

“Dell” şirkəti noyabrın 2-də başa çatmış 2013 maliyyə ilinin üçüncü rübü üzrə hesabatını açıqlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ən böyük kompüter istehsalçılarından biri “Dell” şirkəti fərdi kompüter bazarında qeydə alınmış azalmaya görə mənfəət və mədaxilini itirir.

Şirkət 3 ay ərzində 13,7 milyard dollar dəyərində mədaxil əldə edib. Ötən maliyyə ilinin müvafiq rübü ilə müqayisədə azalma 11 faiz təşkil edib.

Böyük korporativ sifarişçilərə avadanlıq satışları 8 faiz azalaraq 4,2 milyard dollar, dövlət sektorunda tədarüklərdən əldə olunan mədaxil 11 faiz azalaraq 3.8 milyard dollar təşkil edib. “Dell” kiçik və orta biznesdən təxminən 3,3 milyard dollar əldə edib və bu göstərici illik hesablama üzrə 1 faiz azdır. Ən böyük azalma istehlak seqmentində qeydə alınıb: tələbat təxminən 4 dəfə azalaraq 2.5 milyard dollar təşkil edib.
“Dell” şirkətinin xalis mənfəəti təsminən 2 dəfə azalıb.

Hesablamalara görə, 2012-ci ilin üçüncü rübündə stolüstü, noutbuk və netbuk satışlarının həcmi 2011-ci illə müqayisədə 8,3 faiz azalaraq 87,5 milyona bərabər olub. “Dell” şirkəti 10.5 faiz bazar payı ilə aparıcı tədarükçülər reytinqində üçüncü yerdə qərarlaşıb.
 
EMİL




Baxış sayı: 1424

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024