Tarix:16/11/12
Nazirin sözlərinə görə, Azərbaycanda “ICANN”-ın baş DNS serverinin istismara verilməsi əlamətdar hadisədir. Layihənin texnoloji aspektlə yanaşı, hüquqi əsası var. Belə ki, ölkələrin internet ünvanları birbaşa həmin serverdən idarə edilir.
"Sistemin istismara verilməsi üçün lazım olan hər şey edilib və hazırda biz “ICANN” ilə birlikdə bir sıra ölkələrlə danışıqlar aparırıq. Məqsəd onların internet ünvanlarının mərkəzimizdə yerləşdirilməsidir. Yəni, ABŞ və ya Avropada qeydiyyata alınan region ölkələrinin internet ünvanlarını “ICANN”-ın baş serverinə yönləndirməkdir. Bu məsələdə əsas aspekt ölkələrin Azərbaycana və “ICANN”-ın tələblərinə etimad göstərməsindən ibarətdir", - deyə Abbasov vurğulayıb.
Region ölkələrinin internet ünvanları “ICANN”-ın Azərbaycandakı baş serverinə yönləndiriləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda yerləşən “ICANN” - internet şəbəkəsində domen adlarının verilməsi üzrə Beynəlxalq təşkilatın baş DNS serverində region ölkələrinin internet ünvanlarının yerləşdirilməsi üçün həmin dövlətlərlə danışıqlara başlayıb. Bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.Nazirin sözlərinə görə, Azərbaycanda “ICANN”-ın baş DNS serverinin istismara verilməsi əlamətdar hadisədir. Layihənin texnoloji aspektlə yanaşı, hüquqi əsası var. Belə ki, ölkələrin internet ünvanları birbaşa həmin serverdən idarə edilir.
"Sistemin istismara verilməsi üçün lazım olan hər şey edilib və hazırda biz “ICANN” ilə birlikdə bir sıra ölkələrlə danışıqlar aparırıq. Məqsəd onların internet ünvanlarının mərkəzimizdə yerləşdirilməsidir. Yəni, ABŞ və ya Avropada qeydiyyata alınan region ölkələrinin internet ünvanlarını “ICANN”-ın baş serverinə yönləndirməkdir. Bu məsələdə əsas aspekt ölkələrin Azərbaycana və “ICANN”-ın tələblərinə etimad göstərməsindən ibarətdir", - deyə Abbasov vurğulayıb.
Baxış sayı: 1144
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib