12px13px15px17px
Tarix:20/11/12

“YouTube” televizorlar üçün optimallaşdırılıb

“YouTube”-da bu yaxınlarda edilmiş yenilik nəticəsində videonun üzərində “siçan”ın sağ düyməsini sıxaraq açılan kontekst menyudan "всплывающее окно" punktunu seçdikdə televizorlar üçün optimallaşdırılmış qeyri-adi interfeysdən həzz almaq olar. Yeni interfeysə videonun dayandırılması, çarxların axtarışı və əsas  səhifəyə qayıdış üçün yeni düymələr əlavə edilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, kateqoriyalar (idman, yumor, elm, xəbərlər, musiqi və sairə) bölməsinə keçmək üçün “Home” düyməsinə sıxmaq və ya klaviaturadakı “G” düyməsindən istifadə etmək lazımdır. Kateqoriyalar və çarxlar arasında keçid üçün oxlu düymələrdən istifadə etmək mümkündür, əvvəlki ekrana qayıtmaq üçün “Esc“ düyməsini sıxmaq kifayətdir.

“YouTube”, həmçinin smartfonun “ağıllı” televizor və konsollarla sinxronlaşdırılması prosesini sadələşdirib. Bunun üçün istifadəçi televizor və ya “Xbox 360” oyun konsolunda “YouTube” tətbiqini açmalı, xüsusi bölmədəki kodu köçürməli, bundan sonra “Android” smartfonda “YouTube” tətbiqini açmalı, seçimlərdə "televizor əlavə etmək" tapmalı və kodu daxil etməlidir. Daha sonra istifadəçi videonu birbaşa smartfondan idarə edə biləcək.


 
EMİL




Baxış sayı: 1476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024