Tarix:20/11/12
Öncə Misir Mərdanov Təhsil Nazirliyinin dəstəyi ilə çap olunmuş təhsil sahəsinə dair yeni nəşrləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edib.
Müvafiq müsabiqənin nəticələrinə toxunan nazir bildirib ki, 2010-2011-ci tədris ilindən etibarən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlanıb. Müəllimlərin işə qəbulu üzrə yeni qaydalara əsasən ərizələrin qəbulu və müsabiqənin aparılmasının elektron vasitələrin tətbiqi ilə həyata keçirildiyini, imtahanın sonunda isə hər bir müəllimin öz nəticəsini bilmək imkanının olduğunu nəzərə çatdıran Misir Mərdanov bütün bunların prosesin obyektiv və şəffaf təşkilinə zəmin yaratdığını qeyd edib.
Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri haqqında məlumat verib və 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində 3270, peşə liseyləri üzrə isə 48 vakant yerin müəyyənləşdirildiyini söyləyib. Nazir bildirib ki, vakant yerlərə elektron ərizə vermiş 16195 nəfərdən müvafiq təhlillər nəticəsində 15467 nəfərin ərizəsi təsdiqlənib. İmtahanların nəticələrinə görə, 2797 nəfərin işə qəbul olunduğunu diqqətə çatdıran Misir Mərdanov daha sonra müsabiqənin keçirilməsi üçün görülmüş təşkilati işlər haqqında fikirlərini bildirib.
Kollegiya iclasında daha sonra «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusunda məsələ müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov bununla bağlı təqdimat-məruzəsində 2012-ci ilin yanvar-aprel ayları ərzində keçirilmiş monitorinq barədə məlumat verib, dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində ümumi təhsil məktəblərində görülmüş işlərdən söz açıb. Ümumi təhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparıldığını bildirən nazir monitorinqin 53 rayon (şəhər) təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə etdiyini vurğulayıb.
Çıxışının sonunda Misir Mərdanov nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə və məktəb direktorlarına, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına müzakirə olunan məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
SEYMUR
Təhsil Nazirliyində «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusu müzakirə edilib
Təhsil Nazirliyində (TN) kollegiya iclası keçirilib. İclasda bir sıra məsələlərlə yanaşı, «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusu da müzakirə edilib. Bu barədə TN-dən “ICTnews.az” elektron xəbər xidmətinə verilən məlumata görə, nazirliyin kollegiya üzvləri, ali məktəb rektorları, rayon təhsil şöbələri müdirlərinin və məktəb direktorlarının iştirak etdikləri iclası təhsil naziri Misir Mərdanov açaraq müzakirə olunan məsələlər haqqında məlumat verib.Öncə Misir Mərdanov Təhsil Nazirliyinin dəstəyi ilə çap olunmuş təhsil sahəsinə dair yeni nəşrləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edib.
Müvafiq müsabiqənin nəticələrinə toxunan nazir bildirib ki, 2010-2011-ci tədris ilindən etibarən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlanıb. Müəllimlərin işə qəbulu üzrə yeni qaydalara əsasən ərizələrin qəbulu və müsabiqənin aparılmasının elektron vasitələrin tətbiqi ilə həyata keçirildiyini, imtahanın sonunda isə hər bir müəllimin öz nəticəsini bilmək imkanının olduğunu nəzərə çatdıran Misir Mərdanov bütün bunların prosesin obyektiv və şəffaf təşkilinə zəmin yaratdığını qeyd edib.
Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri haqqında məlumat verib və 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində 3270, peşə liseyləri üzrə isə 48 vakant yerin müəyyənləşdirildiyini söyləyib. Nazir bildirib ki, vakant yerlərə elektron ərizə vermiş 16195 nəfərdən müvafiq təhlillər nəticəsində 15467 nəfərin ərizəsi təsdiqlənib. İmtahanların nəticələrinə görə, 2797 nəfərin işə qəbul olunduğunu diqqətə çatdıran Misir Mərdanov daha sonra müsabiqənin keçirilməsi üçün görülmüş təşkilati işlər haqqında fikirlərini bildirib.
Kollegiya iclasında daha sonra «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusunda məsələ müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov bununla bağlı təqdimat-məruzəsində 2012-ci ilin yanvar-aprel ayları ərzində keçirilmiş monitorinq barədə məlumat verib, dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində ümumi təhsil məktəblərində görülmüş işlərdən söz açıb. Ümumi təhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparıldığını bildirən nazir monitorinqin 53 rayon (şəhər) təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə etdiyini vurğulayıb.
Çıxışının sonunda Misir Mərdanov nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə və məktəb direktorlarına, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına müzakirə olunan məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
SEYMUR
Baxış sayı: 1588
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır