12px13px15px17px
Tarix:20/11/12

“DogmaCİN” abunəçiləri üçün pulsuz 1000 SMS bonus paketi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Sür@” ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl “3G” mobil internet xidməti göstərir. 

“Bakcell” “DogmaCİN” tarifinin abunəçiləri üçün yeni regional kampaniyaya start verir. Noyabr ayının 20-dən başlayaraq bütün “DogmaCİN” abunəçiləri 2013-cü il yanvarın 31-nə kimi aktiv olacaq tamamilə pulsuz 1000 SMS paketi əldə edəcəklər. Bonus paketinin sahibləri bütün “Bakcell” abunəçilərinə tamamilə pulsuz SMS göndərə biləcəklər.

Bununla da Yeni il ərəfəsində yaxınlarınızı təbrik etmək üçün heç bir əlavə xərcə ehtiyac qalmayacaq. “Bakcell”dən şəbəkədaxili 1000 SMS-lik Yeni il hədiyyəsini almaq üçün sadəcə balansınıza 4 AZN yükləyin və sevdiklərinizlə rahat ünsiyyət yaradın. 

Kampaniyadan mövcud və yeni “DogmaCİN” abunəçiləri yararlana biləcəklər. Xatırladaq ki, “DogmaCİN” tarifi dəqiqəsinə şəbəkədaxili 2 qəpik və şəbəkəxarici 4 qəpik təklifi ilə regionlardan əlaqə üçün ən sərfəli tarif olmaqdadır.   


RƏVAN




Baxış sayı: 1878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024